Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/51/40-43

Fidan Səfərova

Bakı Biznes Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-6984-3634

ehmedovafidan@mail.ru

 

Rəqabətqabiliyyətlilik və antiinhisar siyasətinin iqtisadi təhlükəsizlikdə rolu

 

Xülasə

 

Antiinhisar qanunvericiliyində mövcud tənzimləmələrin bir sıra ziddiyyətləri mikro, kiçik və orta sahibkarlığın inkişafını çətinləşdirir. Qanuna əsasən bazarda 35% paya sahib olan təsərrüfat subyekti inhisarçı sayılır, lakin “hökmran mövqe” anlayışının mahiyyəti bununla məhdudlaşmır və rəqabətə təsirin real ölçülməsi mexanizmi daha səmərəli olmalıdır. Mövcud qanunvericilikdə əsas problem ondan ibarətdir ki, həm rəqabəti məhdudlaşdıra bilən, həm də həmin məhdudiyyətlərlə mübarizə aparmalı olan eyni icra hakimiyyəti orqanı müəyyən edilmişdir ki, bu da effektiv nəzarəti zəiflədir. Buna görə də inhisarçılığın qarşısının alınması funksiyalarının Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilməsi təklif olunur. Digər mühüm məsələ KOB-ların ödəniş müddətləri ilə bağlı yaranan maliyyə çatışmazlığıdır. Supermarketlər məhsulu hər həftə alsalar da, ödənişi 30-60 günə edirlər ki, bu da təkrar istehsalı ləngidir. Faktorinq xidmətinə 1%-lik güzəştli faiz tətbiqi həm KOB-ların likvidliyini artırar, həm də nağdsız ödənişləri genişləndirər.

Açar sözlər: rəqabət qabiliyyəti, iqtisadi təhlükəsizlik, qiymət strategiyası, dövlət tənzimləməsi, antiinhisar siyasəti, qida sənayesi, bazar mexanizmi, rəqabət mühiti, faktorinq xidməti, mikro və kiçik müəssisələr

 

 


Baxış: 118