DOI: https://doi.org/10.36719/2663-4619/114/182-185
Rəhim Bilalov
Lənkəran Dövlət Universiteti
Baytarlıq elmləri üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0005-6969-7355
rahim19511951@gmail.com
Xəqani Əhmədov
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0005-2944-7708
dovletqullugu202020@gmail.com
Quşların qripi (Qrippus avium)
Xülasə
Bu məqalədə xəstəliklə mübarizə məqsədilə, eyni yaş qrupuna məxsus olan quşların qruplaşdıraraq saxlanılması, baytarlıq-sanitariya qaydalarına düzgün riayət edilməsi, baytarlıq normativlərinə uyğun olaraq olduqca vacibdir.
Mütəmadi olaraq təsərüffatlarda təmizlik və dezinfeksiya işlərinin aparılması quşçuluqda istifadə edilən alət və vasitələrin, xidməti əşyalarının zərərsizləşdirilməsi həyata keçirilməlidir. Təsərüffatlarda xəstəlik qeydə alınan halda, qeyri-sağlam qrup quşlarda keyləşdirmə üsullarından istifadə etməklə qansız üsullarla öldürülür və yandıralaraq zərərsizləşdirilməlidir.
Sağlam quşlar ət üçün kəsilir və əgər kəsilmiş cəmdəklərdə xarakterik fərdi sahibkar fermer təsərüffatında patoloji dəyişikliklər müşahidə etdik, cəmdəklər utilizasiya olundu.
Xəstə, xəstəliyi keçirmiş, şübhəli quşlardan alınan yumurtalar, 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilə bilər.
Qrip qeydə alınan təsərüffatlarda ciddi karantin qoyulur. Qripə görə qeyri-sağlam təsərüffatlardan alınan yumurtalar inkubasiya olunmur. İnkubasiya məqsədilə sağlam yumurtalardan istifadə edilməlidir. Xəstəliyə görə qeyri sağlam yaxud şübhəli təsərüffatlarda tük və lələklər toplanaraq zərərsizləşdirilməlidir. Bu məqsədlə tük və lələklər xüsusi quruducu qurğularda 15 dəqiqə ərzində 85-90 dərəcə selsi temperaturda qurudulmalı, yaxud xüsusi qablarda 3-4%-li isti 45-50 dərəcə selsi formoaldehid məhlulu ilə 20 dəqiqə ərzində dezinfeksiya olunaraq qurudulur.
Açar sözlər: quşçuluq, baytar-sanitariya, dezinfeskiya, təsərüffat, cəmdək, kəsim, qrip, yumurta, inkubasiya, tük, lələklər, qurğu