DOI: https://doi.org/10.36719/2663-4619/124/18-22
Türkan Sadıqova Eyvazlı
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0002-1267-1701
turkansadiqova@yahoo.com
Bəhruz Xasıyev
Bakı Dövlət Universiteti
iqtisadiyyat üzrə fəlsəfə doktoru
https://orchid.org/0009-0002-5579-6766
khasiyev@gmail.com
Qlobal turizm sənayesində mehmanxana
xidmətlərinin inkişaf trendləri və keyfiyyətin
qiymətləndirilməsi metodlarının müasir təhlili
Xülasə
Bu məqalədə qlobal turizm sənayesində mehmanxana xidmətlərinin inkişaf tendensiyaları və xidmət keyfiyyətinin qiymətləndirilməsi metodlarının (SERVQUAL, SERVPERF, HOLSERV və s.) müasir mərhələdə tətbiq imkanları elmi-analitik yanaşma ilə araşdırılır. Təhlil göstərir ki, rəqəmsal transformasiya, istehlakçı davranışlarındakı dəyişikliklər və texnoloji yeniliklər mehmanxana sektorunda xidmət keyfiyyətinin daha çevik, məlumatyönümlü və inteqrativ şəkildə idarə edilməsini tələb edir. Müxtəlif metodologiyaların müqayisəsi onların üstünlüklərini və məhdudiyyətlərini müəyyənləşdirməyə, həmçinin tətbiq sahələrini dəqiqləşdirməyə imkan verir. Məqalə müasir turizm mühitində effektiv keyfiyyət idarəetmə modellərinin formalaşdırılmasına elmi töhfə verməyi hədəfləyir.
Açar sözlər: mehmanxana xidmətləri, turizm sənayesi, xidmət keyfiyyəti, SERVQUAL, SERVPERF, HOLSERV, rəqəmsal transformasiya, müştəri məmnunluğu, innovativ idarəetmə