DOI: https://doi.org/10.36719/2663-4619/126/62-68
Neyman Bədəlov
Qərbi Kaspi Universiteti
magistrant
https://orcid.org/0009-0005-9998-5675
neymanbadalov.03@gmail.com
Qeyri-neft ixracının təşviqində dövlət tənzimlənməsinin rolu:
hüquqi və iqtisadi təhlil
Xülasə
Hazırda Azərbaycan neft gəlirlərinə əsaslanan iqtisadi modelə malik ölkələr sırasına daxildir və dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı uzun müddət yüksək olmuşdur. Neft qiymətlərinin qeyri-sabitliyi və kəskin azalması ölkə iqtisadiyyatı üçün ciddi risklər yaradır. Bundan əlavə, neft bərpa olunmayan təbii resurs olduğu üçün uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə qeyri-neft sektorunun, xüsusilə ixracın inkişafı strateji əhəmiyyət daşıyır.
Bu tədqiqatın məqsədi Azərbaycanın qeyri-neft ixracının son illərdəki dinamikasını təhlil etmək və dövlət tərəfindən tətbiq olunan iqtisadi və hüquqi tənzimləmə mexanizmlərinin ixracın təşviqinə təsirini qiymətləndirməkdir. Araşdırmada statistik, analitik və müqayisəli metodlardan istifadə edilmişdir. Tədqiqat çərçivəsində Gömrük Məcəlləsinin ixracı təşviq edən müddəaları, beynəlxalq təcrübələr və müvafiq iqtisadi nəzəriyyələr təhlil olunmuşdur.
Araşdırmanın nəticələri göstərir ki, dövlət tənzimlənməsi və təşviq mexanizmləri qeyri-neft ixracının genişlənməsində mühüm rol oynayır. Məqalədə Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsulları və onların üstünlükləri statistik göstəricilər əsasında təqdim edilir, həmçinin neft gəlirlərinə əsaslanan iqtisadi modelə malik ölkələrin tətbiq etdiyi tənzimləmə mexanizmləri müqayisəli şəkildə təhlil olunur.
Açar sözlər: qeyri-neft ixracı, dövlət tənzimlənməsi, ixrac təşviqləri, iqtisadi diversifikasiya, hüquqi mexanizmlər