Qaz və qaz-kondensat laylarının və quyularının qazohidrodinamik tədqiqatları
Gülbahar Məmmədova1
, Şəfəq Həbibullayeva2
,
Aytən Ömərova3
, Aygün Bayramova4*
Xülasə. Məqalədə qaz və qaz-kondensat laylarının və quyularının qazohidrodinamik tədqiqatının stasionar üsulları şərh edilmişdir. Anomal yüksək lay təzyiqinə malik bu quyular üçün quyudaxili avadanlığın seçilməsi məqsədilə indikator diaqramları əyrilər şəklində qurulmuşdur. Bu tədqiqatlar nəticəsində layın və quyunun bütün parametrləri (optimal debitlər, depressiyalar, buraxıla bilən dinamik dib təzyiqləri, mexaniki qarışıqların miqdarı, lay təzyiqi, lay temperaturu və s.) müəyyən edilmişdir. İkihədli axın tənliyindən istifadə edilmiş, tənliyin a və b əmsallarının qiymətləri qrafiki yolla təyin edilmişdir; bu əmsalların hesablanması üçün hidrodinamik tamamlanmış quyulara aid düsturlar da verilmişdir. Hidrodinamik tamamlanmamış quyular üçün C₁, C₂, C₃ və Cₙ natamamlıq əmsallarının, həmçinin a və b əmsallarının hesablanması üçün lazım olan düsturlar təqdim edilmişdir. Bu əmsalların qiymətləri ədədi üsullarla da təyin edilmişdir (müvafiq düsturlar verilmişdir). İndikator əyriləri, yəni qaz debitlərinin quyudibi dinamik təzyiqlərdən asılılığını göstərən əyrilər qurulmuş, axın tənliyinin a və b əmsalları qrafiki yolla təyin edilmişdir. İndikator əyriləri koordinat başlanğıcından keçir, debitlər (absis) oxuna nisbətən çökəkdir və artan monoton funksional asılılıqları ifadə edir.
Açar sözlər: qaz layları, qaz-kondensat layları, qaz quyuları, qaz-kondensat quyuları, ikihədli axın tənliyi, tənliyin parametrləri, natamamlıq əmsalları, layın açılma dərəcəsi, layın açılma xarakteri