Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/102-107

 

 Sevinc Hüseynova

AMEA Şəki Regional Elm Mərkəzi

https://orcid.org/0000-0002-5088-3302

sevinc-bdu89@mail.ru

Ülviyyə Osmanova

AMEA Şəki Regional Elm Mərkəzi

https://orcid.org/0009-0008-9189-8798

ulviyye_2022@mail.ru

 

Proqramlaşdırmanın tədrisində əsas çətinliklərin müəyyən edilməsi

və həlli yolları: sorğu əsaslı tədqiqat

 

Xülasə

 

Bu tədqiqatın məqsədi müəllim rəylərinə əsaslanaraq ümumi təhsil sistemində proqramlaşdırma tədrisində qarşıya çıxan əsas çətinlikləri müəyyənləşdirmək və uyğun həll yolları təklif etməkdir. Məlumatlar 16 informatika müəllimi arasında aparılmış strukturlaşdırılmış sorğu vasitəsilə toplanmışdır. Nəticələr göstərir ki, şagirdlər əsasən alqoritmik düşünmə, sintaksis və bəzi mürəkkəb mövzuların mənimsənilməsi zamanı çətinliklərlə üzləşirlər. Eyni zamanda, şagirdlərin riyazi hazırlıq səviyyəsi ilə proqramlaşdırmaya motivasiyaları arasında əlaqə müşahidə olunmuşdur. Tədqiqat göstərir ki, öyrənmə prosesinin effektivliyini artırmaq üçün dərsliklərin metodiki cəhətdən təkmilləşdirilməsi və innovativ yanaşmaların, o cümlədən oyunlaşdırma və süni intellekt alətlərinin tədrisə inteqrasiyası vacibdir.

Açar sözlər: alqoritmik təfəkkür, proqramlaşdırma tədrisi, tədris çətinlikləri, riyazi hazırlıq səviyyəsi, vizual blok-kodlaşdırma


Baxış: 10