DOI: https://doi.org/10.36719/2663-4619/115/258-264
Məlahət Bağırova
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0009-0000-2969-0082
bmelahet@gmail.com
Könül Cəfərova
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0000-0002-1109-1548
tibb üzrə fəlsəfə doktoru
infeksiyakonul@gmail.com
Rəna Nəzərova
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0009-0004-5167-7107
shah241962@yahoo.com
Gülnarə Kərimova
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0009-0000-3912-4260
Müseyib Abdullayev
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0009-0001-9931-4573
abdullayevmuseyib763@gmail.com
Postkovid dönəmində baş verən göy öskürək epidemiyası və onun
qarşısının alınması yolları
Xülasə
Göyöskürək (GÖ) hal-hazırda bütün dünyada rast gəlinən ,yayılmış, idarə olunan infeksiyalardan biri hesab olunur. Vaksinasiyaya qədərki dövrdə GÖ uşaq ölümünün səbəbləri içərisində əsas yerlərdən birini tuturdu, lakin planlı immunizasiyanın tətbiqi xəstəliyin və letallığın kəskin azalmasına səbəb olub. Əhalinin geniş kütləsinin planlı immunoprofilaktikasının rəsmi qeydiyyatına baxmayaraq (97%-ə kimi), indiyə kimi 3-4 illik dövriyyə ilə GÖ-nün tsikliki yüksəlişi və enişləri baş verir. CDC təşkilatının verdiyi məlumata görə bütün GÖ hadisələrinin yalnız 5-10%-nin diaqnozu qoyulur və qeydiyyata alınır.
Kütləvi vaksinasiyanın aparılması GÖ-nin epidemioloji xarakteristikasına ciddi təsir edib, lakin törədicinin tam eliminasiyasını əldə etmək mümkün olmayıb. Hal-hazırda GÖ ilə xəstələnmə hallarında artım müşahidə olunur, əsasən bu vaksinasiya üçün hüceyrəsiz vaksinlərdən istifadə edən ölkələrdə baş vrir. İl ərzində dünyada 16 mln adam GÖ ilə xəstələnir, 19500 adamda letal nəticə baş verir. İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Afrikada erkən yaşlı uşaqların GÖ-dən letallığı 23% təşkil edir. Hətta hüceyrəsiz vaksin istifadə edən inkişaf etmiş ölkələrdə GÖ ilə xəstələnmə halları artıb. Belə ki dünyanın 50 –dən çox ölkəsində asellyulyar vaksindən istifadə olunur. Aparılan tədqiqtların nəticələri göstərir ki, asellyulyar vaksinlə 5 doza vaksinasiya olunanlarda sellyulyar vaksinlərə nisbətən ( heç olmasa bir dəfə) GÖ-lə yoluxma riski 8,57 və 6 doza alanlarda isə 3,55 dəfə çox olur. Hətta tamhüceyrəli vaksinlərdən ibarət olan AGDT-nin tam kursunu və bir revaksinasiyasını alanlarda belə postvaksinal immunitet 6 ildən sonra 50 % və ondan çox azalır.
COVİD-19 pandemiyası dövründə Avropa və ABŞ-də GÖ-lə xəstələnmə halları azalmışdı, lakin ondan sonrakı dövrdə yenidən artım müşahidə olunmağa başlayıb. 2024-cü ildə dünyanın bir çox ölkələrində GÖ-nin epidemiyası baş verib və bu son 25 ilin ən ciddi epidemiyası hesab olunur.
Açar sözlər: göyöskürək, uşaqlar, epidemiya, vaksinasiya, postvaksinal immunitet