DOI: https://doi.org/10.36719/2789-6919/55/128-135
Xuraman Hacıəhmədzadə
M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-2495-6783
heyat_mm@mail.ru
Qoşqar Əliyev
M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-2237-3444
chemproblem@mail.ru
Gülnarə Quliyeva
M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
https://orcid.org/0009-0005-2392-9423
gulnare.guliyeva.30121962@gmail.com
Lalə İbrahimova
M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
https://orcid.org/0009-0000-3371-0197
ibrahimovalala1969@gmail.com
Təranə Əsgərova
M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
https://orcid.org/0009-0000-9743-8380
askerovaterane4@gmail.com
Poliizobutilenin polyar manomer olan vinilasetatla modifikasiyası
reaksiyasının kinetik parametrləri
Xülasə
Məqalədə poliizobutilenin vinilasetat polyar monomeri ilə 20-600C temperaturda AlCl3 katalizatorunun iştirakı ilə modifikasiya olunaraq sopolimerin alınması prosesinin riyazi modeli və parametrlərinin hesablanması üzrə aparılmış tədqiqatların nəticələri əks etdirilmişdir. Bundan istifadə edərək reaksiya şəraitinin poliizobutilenin vinilasetatla təsirinin tədqiqinin nəticələri verilmiş, həmin reaksiyaların kinetik tənliklərinin çıxarılması hesablanmış, parametrlərin qiymətləri, prosesin riyazi modelləşdirilməsi sahəsindəki araşdırılmaların analizi əks etdirilmişdir. Bu üsul çoxlu təcrübələrin sayının, vəsaitin və vaxtın ixtisarlaşdırılmasına və həmçinin də təcrübi göstəricilər hüdudunda vinilasetatla poliizobutilenin bizi qane edən ixtiyari nisbətini almağa imkan verir. [VA]-in və [PİB]-in sopolimerdəki qatılıqları nisbətinin temperaturdan, reaksiya müddətindən, PİB-in, VA-ın və katalizatorun (AlCl3) ilkin məhluldakı qatılıqlarından asılılığı qanunauyğunluqlarını analiz edərək həmin parametrlər arasındakı funksional asılılıq tərtib edilmişdir. Tərtib edilmiş kinetik model və eksperiment materialları əsasında PİB-nin VA-la modifikasiyası reaksiyasının kinetik parametrləri hesablanmışdır. 2.23% (kütlə) katalizator miqdarına 20,40,600C temperaturlarına uyğun reaksiyaların sürət sabitləri 0,4400, 0,4661 və 0,5423s-1 alınmışdır. Həmin temperaturlara və katalizatorun 0.76% (kütlə) miqdarına uyğun sürət sabitləri isə 0,2300, 0,2334, 0,2442s-1 alınmışdır. Katalizator miqdarının həmçinin aktivlik enerjisinə təsiri də tədqiq edilmişdir; E=4190 C/mol.(AlCl3=2,23%) (kütlə) və E=5206 C/mol.(AlCl3=0,76%) reaksiyanın asanlığını göstərir.
Acar sözlər: poliizobutilen, vinilasetat polyar polimeri, AlCl3 katalizatoru, sopolimer, temperatur