DOI: https://doi.org/10.36719/2663-4619/113/53-58
Mərziyə Əzməmmədova
Azərbaycan Dövlət İqtisad Universiteti
https://orcid.org/0009-0000-7011-1222
psychologist.marziyaa@gmail.com
Öz-şəfqət: psixoloji baxış
Xülasə
Öz-şəfqət insanın uğursuzluğa düçar olduğu zaman, səhv etdiyi zaman tənqidi mövqe tutmaq əvəzinə, özünə qarşı şəfqətli, anlayışlı və tolerant olmağı ehtiva edir.
Öz-şəfqət ilk dəfə Neff tərəfindən araşdırılan və insanın öz mənfi hisslərini tanıması və bu hissləri qəbul etməsi, yaşanan hər hansı bir vəziyyətdən yaranan neqativ hissin insan olmaqla əlaqəli olduğunu və bu vəziyyətin hər kəsin başına gələ biləcək bir şey olduğunu qəbul edərək hər bir insanın mənfi hisslər yaşamasına rəğmən özünə qarşı mehriban və sevgi dolu olması kimi müəyyən edilən bir anlayışdır. Demək olar ki, hər bir insanın ağrılı təcrübələri var və həyatımızda əzab qaçılmazdır. Sakit bir həyat sürmək üçün əzabın həyatın bir parçası olduğunu qəbul edib, onun öhdəsindən gələ bilmək lazımdır. Öz-şəfqət üç alt komponentdən ibarətdir ki, bunlar bir-birindən konseptual olaraq fərqlidir, lakin onlar müxtəlif yollarla birləşərək bir sistem kimi birlikdə işləyirlər.
Tədqiqat nəticələri göstərdi ki, özünə şəfqət birbaşa insanın rifahına kömək edir. Öz-şəfqətin alt komponentlərindən biri olan ümumi insanlıq anlayışını mənimsəyən şəxslər öz mədəni dəyərlərini qoruyur, başqa mədəniyyətlərin dəyərlərinə hörmət edir, ədalət, bərabərlik və azadlıq kimi təməl demokratik dəyərləri müdafiə edir, özləri və başqaları ilə münasibətlərində bu dəyərlərə uyğun hərəkət edirlər. Öz-şəfqət anlayışı yeni bir anlayış olmaqla yanaşı, onun insan rifahına müsbət təsirini nəzərə alaraq onu mövzu olaraq seçməyi məqsədəuyğun gördüm.
Açar sözlər: öz-şəfqət, ümumi insanlıq, fərqindəlik, rifah