Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

 

Osmanlı saraylarında daxili su elementləri:

Topqapı və Dolmabahçe saraylarının müqayisəli təhlili

 

Deniz Demirarslan

 

Xülasə. Hazırkı tədqiqat Osmanlı saray memarlığında suyun yalnız həyati bir resurs və texniki sistemin tərkib hissəsi kimi deyil, həm də interyerlərin məkan quruluşuna, funksional təşkilatına və duyğusal atmosferinə təsir göstərən mühüm bir amil kimi rol oynadığını ortaya qoymağı məqsəd qoyur. Bu çərçivədə Topqapı Sarayı və Dolmabağça Sarayı müqayisə edilmiş, su ilə əlaqəli elementlər onların məkandakı yerləşməsi, tipologiyası, funksiyası və duyğusal təsirləri baxımından təhlil edilmişdir. Tədqiqat keyfiyyət yönümlü yanaşmaya əsaslanmış, kitab və məqalələrin araşdırılması, arxiv materiallarının incələnməsi, obyektlərə yerində baxış keçirilməsi və fotoqrafik sənədləşdirmə üsullarından istifadə edilməklə həyata keçirilmişdir. Nəticələr göstərir ki, Topqapı Sarayında çeşmələr, səlsəbillər, şadırvanlar və hovuzlar kimi müxtəlif su elementləri interyer məkanlarına təbii şəkildə inteqrasiya olunmuş və soyutma, rahatlıq yaratma, məxfiliyin təmin edilməsi və saray nüfuzunun nümayiş etdirilməsi kimi funksiyalar yerinə yetirmişdir. Dolmabağça Sarayında isə su əsasən müasir santexnika sistemləri, gigiyena, komfort və xidmət infrastrukturu ilə əlaqəli şəkildə istifadə olunmuşdur. Bu baxımdan, Topqapı Sarayında su daha çox duyğusal və məkan təcrübəsini formalaşdıran bir element kimi çıxış etdiyi halda, Dolmabağça Sarayında onun texniki və funksional xarakteri daha qabarıq şəkildə ön plana çıxmışdır.

 

Açar sözlər: Osmanlı memarlığı, interyer memarlığı, qərbləşmə, hamam, çeşmə


Baxış: 3