Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/228-232

Şəbnəm Abbasova

ADPU-nun Ağcabədi filialı

https://orcid.org/0009-0005-0603-6340

abbasova.shabnam@hotmail.com

 

Neyroplastikliyin beyin yaşlanmasını önləmədə rolu

 

Xülasə

Beyin, həyat boyu dəyişkən bir orqan olub, müxtəlif faktorların təsiri altında funksional və struktur dəyişikliklərə məruz qalır. Yaşlanma prosesi də bu dəyişiklikləri gücləndirir, amma beynin neyroplastik qabiliyyəti, bu dəyişiklikləri qarşısını almağa və ya yavaşlatmağa kömək edə bilər. Beynin yaşlanmasına qarşı neyroplastiklik, müxtəlif beyin funksiyalarının qorunmasında və bərpasında həlledici rol oynayır. Bu məqalədə, yaşlanma prosesinin beyinə təsiri, neyroplastikliyin qoruyucu funksiyaları və beyində yaşlanmaya qarşı bu təbii mexanizmin təkmilləşdirilməsi yolları araşdırılacaqdır.

Sinir plastikliyi beyin və ya sinir sistemindəki strukturlarda funksional və quruluş baxımından dəyişilə bilməsi, daxili və xarici stimullara cavab vermək qabiliyyəti kimi müəyyən edilir. Ən sadə formada sinir sistemi hüceyrələrinin sayı artmadan dəyişmə qabiliyyətidir. Xaricdən və ya daxildən bir stimul verilən neyron, ətrafındakı digər neyronları stimullaşdırır və onların neyroplastik dəyişikliklərə məruz qalmasına səbəb olur. Beləliklə, plastiklik hüceyrə səviyyəsi ilə məhdudlaşmır, molekulyar quruluşdan sistemlərə və hətta davranışa qədər bir çox sahəyə təsir göstərir

Açar sözlər: neyroplastiklik, sinir plastikliyi, beyin yaşlanması, yeni neyronların əmələ gəlməsi, yaşla bağlı sinir hüceyrələrinin inkişafı


Baxış: 100