Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/189-193

İlqar Dadaşov

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

https://orcid.org/0000-0002-1533-1094

UOT 35.08-057.17

ilgardadashov.69@gmail.com

Hüseyn Piriyev

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

https://orcid.org/0009-0005-9632-5508

hpiriyev95@mail.ru

 

Neftayırma müəssisələrində fövqəladə hadisə təhlükəsi yarandıqda obyekt qüvvələrinin fəaliyyət rejimləri üzrə yerinə yetirdiyi tədbirlərin ardıcıllığı

 

Xülasə

Nefemalı müəssisələrində baş verən qəzalar ekoloji fəsadlarla yanaşı, insan həyatına və istehsalat prosesinə ciddi təhlükə yaradır. Neftayırma müəssisələrində təhlükəsizliyin təmin edilməsi və qəza risklərinin minimuma endirilməsi müasir sənayenin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə neftemalı müəssisələrində obyekt qüvvələrinin effektiv fəaliyyət göstərməsi, qəza risk­lərinin azaldılması və istehsalat prosesinin təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Məqalədə neftayırma müəssisələrində fövqəladə hadisə təhlükəsi yarandıqda obyekt qüvvə­lərinin fəaliyyət rejimləri çərçivəsində həyata keçirdiyi tədbirlərin ardıcıllığı göstərilmişdir. Təhlükə potensiallı obyektlərdə mülki müdafiə sisteminin əhəmiyyəti, fövqəladə hallara hazırlıq səviyyəsi və neftayırma müəssisələrində tətbiq olunan təhlükəsizlik mexanizmləri təhlil olunmuşdur. Fövqəladə hadisələrin idarə olunmasında obyektin mülki müdafiə qüvvələrinin koordinasiyasının təmin olunmasında Fövqəladə Hallar Komissiyasının rolu xüsusi vurğulanmışdır.

Açar sözlər: mülki müdafiə, obyekt, fövqəladə hadisə, neft, müəssisə zavod, tədbir


Baxış: 118