Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/119/89-95

Cavad Əliyev

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

doktorant

https://orcid.org/0009-0006-8505-9256

aliyev.javad@outlook.com

 

Neft mədən avadanlıqlarında asfalten, qatran və parafin çöküntüsünün mexanizmi və zərərini azaltma strategiyaları

 

Xülasə

 

Məqalədə neft-mədən avadanlıqlarında yaranan asfalten-qatran-parafin çöküntülərinə (AQPÇ) qarşı tətbiq edilən mövcud texnologiyalar təhlil olunur və bu çöküntülərin qarşısını almaq üçün da­ha səmərəli üsulların işlənməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələri təqdim edilir. AQPÇ-lərin formalaşması lay təzyiqi və temperaturun dəyişməsi nəticəsində neftin tərki­bindəki parafin, qatran, asfalten və mexaniki qarışıqların avadanlıq və boruların səthinə çökməsi ilə baş verir. Bu çöküntülər hasilatın azalmasına, texnoloji avadanlıqların sıradan çıxmasına, təmir müddətlərinin qısalmasına və əlavə enerji-maya sərfinə səbəb olur. Ənənəvi üsullar kimi isti neft və buxarla təmizləmə dərin quyularda effektli olmadığından, kimyəvi reagentlərə, xüsusilə para­finçökmə inhibitorları və depressor tərkibli kompleks maddələrə üstünlük verilir. Məqalədə AQPÇ-nin tərkibi, yaranma mexanizmi və səthi fəal komponentlərin rolu izah olunur, kimyəvi üsulların tə­sir mexanizmi və üstünlükləri analiz edilir. Nəticədə, sinergetik prinsiplərə əsaslanan yeni reagent­lərin hazırlanmasının AQPÇ-yə qarşı mübarizədə effektiv və perspektivli yanaşma olduğu gös­tə­rilir.

Açar sözlər: asfalten, qatran, parafin çöküntüləri, parafinçökmə inhibitorları, depressor, quyu­dibi zona, həlqəvi fəza


Baxış: 200