DOI: https://doi.org/10.36719/2789-6919/47/41-44
Ülkər Həsənzadə
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0006-7869-1106
ulkerhasanzade@ndu.edu.az
Naxçıvan Muxtar Respublikasında mövsümiliyin ləğvi və uzunmüddətli turizmin inkişafı
Xülasə
Mövsümilik amili turizmdə təbii (iqlimə əsaslanan) və institusional (tədris ili, tətil günləri və s.) xüsusiyyətlərə görə müəyyən edilir. Turist axınının ilin müəyyən dövrlərində sıxlaşması xidmət sektorunda qeyri-stabil tələbat yaradır, infrastrukturun yalnız qısa müddət ərzində istifadəsinə, işçi qüvvəsinin mövsümi məşğulluğuna səbəb olur və uzunmüddətli investisiya cəlbediciliyini azaldır.
Bu məqalədə Naxçıvan Muxtar Respublikasında turizmdə müşahidə olunan mövsümilik problemi və onun sosial-iqtisadi nəticələri təhlil edilir. Mövsümiliyin azaldılması üçün mümkün strategiyalar və uzunmüddətli turizmin inkişaf perspektivləri araşdırılır. Beynəlxalq təcrübəyə əsaslanaraq Naxçıvana uyğun təkliflər irəli sürülür.
Açar sözlər: Naxçıvan, turizmin mövsümiliyi, uzunmüddətli turizm, Duzdağ Fizioterapiya Mərkəzi, innovasiya