Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/156-158

Suray Ömərova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/ 0009-0001-7735-9041

surayomrova@gmail.com

 

Müstəqillik dövründən sonra Azərbaycan teatrında

mövcud olan tendensiyalar

 

Xülasə

 

Müstəqillik dövründən sonra Azərbaycan teatrında fərqli üslublar ortaya çıxmağa başlayır. Xüsusilə də, Sovet dövründən sonra milli irsə, milli pyeslərə yenidən müraciətlər olunur. Həmçinin dünya teatrında gedən proseslər, yaranan yeni teatr istiqamətləri Azərbaycan teatrına təsir etməyə başlayır. Sözügedən zaman çərçivəsində novator rejissorlar bu prosesdə yaxından iştirakı ilə seçilib. Həmin dövrdən etibarən Azərbaycan teatrında Hüseynağa Atakişiyevin, Vaqif İbrahimoğlunun, Azər Paşa Nemətovun, Cənnət Səlimovanın, Mehriban Ələkbərzadənin, Bəhram Osmanovun, Bəxtiyat Xanızadənin yaradıcı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Adlarını qeyd etdiyimiz rejissorlarımız sənətdə hər zaman peşəkar fəaliyyətləri ilə seçilib. Hətta onların bir qismi fəaliyyətləri nəticəsində Azərbaycanda yeni üslublu teatrlar yaratmışdılar. Bu teatrlardan Bakı Kamera Teatrının, YUĞ Teatrının, Pantomima Teatrının adlarını qeyd edə bilərik. Teatr tariximizə nəzər yetirdikdə görürük ki, bu teatrlardan bir qismi təəssüflər olsun ki, öz fəaliyyətini başa vurub. Lakin onlar arasından bəziləri isə bu gün də fəaliyyətini davam etdirir və teatr mədəniyyətimizdə önəmli yer tutur. Bu baxımdan teatr tariximizdə Müstəqillik dövründən sonrakı mərhələ önəmli rola malikdir.

Açar sözlər: Azərbaycan teatrı, rejissor, teatr tarixi, Müstəqillik dövrü, Sovet dövrü, teatr mədəniyyəti


Baxış: 295