Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/39-44

Günay Məmmədova

Naxçıvan Dövlət Universiteti

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 https://orcid.org/0000-0002-6072-7135

gunaymammadova6565@gmail.com

 

Musiqinin modern üslubları: minimalizm, puantilizm və aleatorikanın

inkişafı və xarakteristikası

 

Xülasə

Məqalə, XX əsrin sonu və XXI əsrin əvvəllərində musiqidə yaranan və inkişaf edən üç əsas modern üslub – minimalizm, puantilizm və aleatorikanın təhlilinə həsr olunub. Hər bir üslub, musiqi dilində yeni yanaşmalar, strukturlar və estetikalar təqdim edərək, əvvəlki ənənəvi musiqi anlayışlarını pozmuş və yeni estetik meyarlar formalaşdırmışdır. Minimalizm, musiqidə sadə və təkrarlanan elementlərin istifadəsi ilə xarakterizə olunur və bəstəkarları ritmik və harmonik təkrarlamalara yönəldir. Puantilizm isə hər bir notanın və melodiyanın ayrı-ayrı “nöqtələr” kimi düşünülməsi ilə əsaslanır, beləliklə musiqi daha nöqtə və detallar üzərində qurulmuş olur. Aleatorika isə təsadüf və təsadüfi elementlərin musiqi strukturlarına daxil edilməsi ilə musiqinin strukturunu və inkişafını hər hansı bir öncədən müəyyən olunmuş qaydadan azad edir. Bu üslubların inkişafı, musiqi dünyasında geniş bir dəyişiklik və yenilik dalğası yaratmış, həmçinin musiqi bəstəkarlığının sərhədlərini genişləndirmişdir. Məqalə, bu üslubların hər birinin yaranma şəraitini, inkişafını və musiqidəki təsirini detalı ilə izah edərək, bu musiqi üslublarının əhəmiyyətini və onların müasir musiqi dünyasında oynadığı rolu vurğulayır.

Açar sözlər: musiqi, yeni üslublar, minimalizm, puantilizm, aleatorika


Baxış: 508