Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/127/115-132 

Ufuk Elyiğit

Bandırma Onyedi Eylül Universiteti

Türkiyə

uelyigit@bandirma.edu.tr

 

Müqəddəslik təsviri: Bursa Arxeoloji Muzeyində yerləşən

iki ikon panelinin hagioqrafik tədqiqi

 

Xülasə

 

İsa Məsihə və Onun davamçılarına sədaqət əsasında formalaşan davranış prinsipləri möminlərin özlərini həsr etdikləri bir həyat forması yaratmışdır. Müqəddəslərin həyat hekayələri xristian cəmiyyətində dərin kök salmışdır. Möminlər üçün bu şəxslər simvola çevrilmiş, onların həyat tərzi isə büt və ya başqa ifadə ilə desək, ikon kimi qəbul edilə biləcək fiqurların yaranmasına səbəb olmuşdur. Müqəddəslərin ideallaşdırılması müqəddəs ikonqrafiyaya xristian teologiyasında xüsusi bir yer qazandırmışdır. Kilsələrin məkan təşkilini gücləndirən ikonalar evlərin mərkəzi yerlərində də ibadət obyekti kimi yerləşdirilmişdir.

Bu məqalə Bursa Arxeoloji Muzeyində saxlanılan iki ikon üzərində fokuslanır. Müqəddəs Georgi və Müqəddəs Nikolayı təsvir edən bu ikonaların araşdırılmasında məqsəd ikon anlayışının xristian teologiyasındakı yerini və onun incəsənətdəki təzahürünü tədqiq etməkdir. Məqsədə uyğun metod kimi retrospektiv yanaşma seçilərək oxşar və fərqli nümunələrin müqayisəsi aparılmışdır. Tədqiqat göstərir ki, ikonlarda təsvir olunan fiqurlarla bağlı əfsanələr hər dövrdə təkrarlanaraq canlılığını qoruyur. Texnika və materiallardakı dəyişikliklərə baxmayaraq, əsas mövzu oxşar süjet xətti üzərində qurulmuş və geniş təsirini davam etdirmişdir. Bursa Muzeyinə aid əsərlərin forma və texniki xüsusiyyətləri, eləcə də oxşar nümunələrlə müqayisə əsasında onların XVIII–XX əsrlərə aid Yunan Ortodoks ikonaları ola biləcəyi ehtimalı güclənir.

Açar sözlər: Hagioqrafiya, xristian incəsənəti, ikon, Müqəddəs Nikolay, Müqəddəs Georgi


Baxış: 12