Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/33-38

Yeganə Qaraşova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-7770-8846

UOT 81.111

yegana_garashova3@gmail.com

 

Müasir türk dillərində ədat və modal sözlər

 

Xülasə

Tədqiqatın məqsədi. Məqalədə türk dillərində ədat və modal sözlərinin tədqiqindən bəhs edilir. Bu araşdırmanın məqsədi türk dillərində işlənən ədat və modal sözlər haqqında məlumat verməkdir. Müasir türk dillərində ədat və modal sözlər filoloji kontekstdə mühüm rol oynayır. Ədat və modal sözlərin türk dillərindəki rolunu öyrənmək, dilin qrammatik strukturunu daha yaxşı başa düşməyə kömək edir. Tədqiqatın məqsədi dil strukturunun dərk edilməsi, ünsiyyət bacarıqlarının inkişafı, üslub xüsusiyyətlərinin öyrənilməsi, dilin modal çalarlarının araşdırılması və tərcümə bacarıqlarının təkmilləşdirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədqiqat metodu. Müasir türk dillərində ədat və modal sözlərin araşdırılması dilçilikdə müxtəlif metodların tətbiqi ilə aparıla bilər. Araşdırma zamanı əsasən deskriptiv metod (təsviri metod), komparativ metod (müqayisəli metod), sosiolinqvistik metod, semantik metod, fonetik-fonoloji metod, struktur metoddan istifadə edilmişdir.

Tədqiqatın nəticələri. Müasir türk dillərində ədat və modal sözlərini araşdırmaq həm nəzəri, həm də praktiki baxımdan geniş əhəmiyyət kəsb edir. Tədqiqatın nəticələri dil qavrayışının dərinləşməsi, düzgün və effektiv ünsiyyət, üslub xüsusiyyətlərinin aydınlaşdırılması, dil tədrisi və metodikanın təkmilləşdirilməsi baxımdan önəmli əhəmiyyət kəsb edir.

Açar sözlər: türk dilləri, qrammatik qaydalar, türk dillərində ədat, modal sözlər, köməkçi sözlər


Baxış: 186