Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/126-132

Əsəd Rüstəmov

Azərbaycan Texniki Universiteti

texniki elmlər doktoru

https://orcid.org/0000-0003-0561-5509

asadrustamov1122@gmail.com

Sadiq Sadiqli

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0007-6660-5650

sadig.sadigli.hl@student.aztu.edu.az

Arzu Axundov

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0007-7946-8333

arzu.akhundov.aa@student.aztu.edu.az

Humay Cabarova

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0003-2865-9691

humay.cabarova.rn@student.aztu.edu.az

Nəzrin Alıyeva

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0001-1253-3037

nazrin.aliyeva.rn@student.aztu.edu.az

 

Müasir radar texnologiyalarının arxitektura və siqnal emalının

metodlarının tətbiqi

 

Xülasə

Məqalədə müasir radar texnologiyalarında tətbiq olunan arxitektura və siqnal emalı metodları ətraflı araşdırılmışdır. Müasir radar sistemləri yüksək dəqiqlik, çoxfunksiyalılıq və çeviklik ilə se­çilir ki, bu da rəqəmsal siqnal emalı texnologiyalarının inkişafı nəticəsində mümkün olmuşdur. Radar sistemləri müxtəlif tezlik diapazonlarında işləyir və onların təsnifatı elektromaqnit dalğala­rının xüsusiyyətlərinə əsaslanır. Məqalədə bu təsnifatın əsas prinsipləri, fərqli radar növlərinin üs-tünlükləri və onların tətbiq sahələri geniş izah olunmuşdur. Radar texnologiyalarında istifadə olunan siqnal emalı metodları, siqnalın süzgəclənməsi, aşkarlama və izləmə prosesləri təhlil edilmişdir. Hədəflərin mövqeyinin və sürətinin dəqiq müəyyənləşdirilməsi üçün istifadə olunan əsas siqnal emal texnologiyaları, onların səmərəliliyi və texnoloji yeniliklərə əsaslanan inkişaf istiqamətləri göstərilməklə elektromaqnit dalğalarının yayılma xüsusiyyətləri, maneələrin təsiri və bu maneələrin siqnal emalı vasitəsilə aradan qaldırılması yolları müəyyən olunmuşdur. MATLAB proqramında aparılmış simulyasiya hesablamaları və onların radar sistemlərinin iş prinsiplərinə təsiri təqdim edilmiş, radiotezlik müdaxilələri və onların minimallaşdırılması üsulları araşdırılmış, siqnal-küy nisbətinin radarlara təsiri qiymətləndirilmişdir. Müasir radar sistemlərinin avtomobil sənayesi, kosmik tədqiqatlar, tibbi diaqnostika və müdafiə sənayesində istifadəsi vurğulanmışdır. Radar sistemlərinin getdikcə daha mürəkkəbləşməsi, süni intellekt və maşın texnologiyalarının tətbiqi ilə əlaqədar olaraq, onların funksional imkanlarının genişlənməsi və gələcək inkişaf perspektivləri də nəzərdən keçirilmişdir.

Bundan başqa, radarların meteorologiyada, nəqliyyat idarəetməsində və hərbi strategiyada rolu da araşdırılaraq, radar texnologiyalarının davamlı inkişafı və müasir tələblərə uyğunlaşdırılması məsələləri ətraflı izah olunmuşdur.

Açar sözlər: radar texnologiyaları, siqnal emalı, elektromaqnit dalğalar, obyektin aşkarlanması, obyektin izlənməsi, radiotezlik müdaxiləsi, siqnal/küy nisbəti, MATLAB hesablamaları, radar arxitekturası

 


Baxış: 471