Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/96-100

Şövkət Rəhimova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0002-4397-0800

shovkatrehimova98@gmail.com

 

Milli teatrımızın estetik təzahürü: İsmayıl Hidayətzadə

 

Xülasə

İsmayıl Hidayətzadə, Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynayan görkəmli ak­tyorlardan biri olmuşdur. 1920-1930-cu illərdə onun yaradıcılığı Azərbaycan səhnə sənətinin forma­laşmasında əhəmiyyətli mərhələyə çevrilmişdir. O, dövrün tanınmış dramaturqlarının əsərlərində unudulmaz obrazlar yaratmış, realist aktyor oyun tərzi və dərin psixoloji yanaşması ilə tamaşa­çıların rəğbətini qazanmışdır. Hidayətzadənin aktyorluq istedadı, xüsusilə, klassik və müasir Azərbaycan dramaturgiyası nümunələrində özünü göstərmiş, o, M.F. Axundzadə, C. Cabbarlı və digər dramaturqların pyeslərində yaddaqalan rollar ifa etmişdir.

Onun səhnədəki ustalığı teatr sənətinin modernləşməsinə və peşəkar aktyorluq məktəbinin inkişafına töhfə vermişdir. Məqalədə, sənətkarın yaradıcılıq metodlarına, həmin dövrdə teatr sənətinə gətirdiyi yeniliklərə, onun aktyorluq məharətinin xüsusiyyətlərinə və Azərbaycan teatrında ərsəyə gətirdiyi bir çox obrazların təhlilinə yer verilib.

Açar sözlər: İsmayıl Hidayətzadə, Hüseyn Ərəblinski, Cəfər Cəfərov, Aleksandr Tuqanov, Cəfər Cabbarlı, İlham Rəhimli, Aydın Talıbzadə, Azərbaycan teatrı, milli teatr, pyes, dramaturgiya, tamaşa, aktyor, repertuar, obraz, sovet realizmi


Baxış: 195