Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/44-53

Xavər Ələkbərli

Milli Dövlət Xidməti Universiteti

doktorant

https://orcid.org/0000-0001-9988-3189

khavar.alakbarli@gmail.com

 

Milli brendinq onun əsas komponentləri: Azərbaycan nümunəsi

 

Xülasə

 

Məqalədə milli brendinq anlayışları araşdırılmış və onun əsas komponentləri müəyyənləşdirilmişdir. Bu sahədə mövcud olan ədəbiyyat təhlil olunaraq, ölkə brendinqinə dair elmi yanaşmalar – o cümlədən brend identikliyi, brend imici və brend dəyəri kimi anlayışlar nəzərdən keçirilmişdir. Tədqiqat çərçivəsində Azərbaycan nümunəsi əsasında bir ölkənin brend imicinin formalaşmasında rol oynayan amillər – idarəetmə, mədəni irs, iqtisadi potensial, turizm, beynəlxalq münasibətlər və digər təsiredici faktorlar təhlil edilmişdir. Əksər elmi mənbələrdə vurğulandığı kimi, sistemli şəkildə qurulmuş və vahid strategiya ilə ifadə olunan ölkə brendi dövlətin beynəlxalq nüfuzunun gücləndirilməsində, xarici investisiyaların cəlb edilməsində və milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Məqalədə Azərbaycanın milli brend komponentləri və bu brendin formalaşmasında rol oynayan əsas cəhətlər elmi əsaslarla təqdim olunur və mövcud ədəbiyyata töhfə verilir.

Açar sözlər: milli brendinq, ölkə brendinqi, brend identikliyi, brend dəyəri, Azərbaycan

 


Baxış: 207