DOI: https://doi.org/10.36719/2663-4619/120/20-23
Yeganə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8319-8849
yeganememmedova.doc@gmail.com
Məktəbəqədər dövrdə oyun və ünsiyyətin inkişafetdirici rolu
Xülasə
Məktəbəqədər yaş mərhələsi uşağın psixoloji inkişafında və şəxsiyyətinin formalaşmasında başlanğıc nöqtədir, eyni zamanda cəmiyyətə inteqrasiyaya hazırlıq prosesidir. Bu dövrdə uşaqların əsas fəaliyyət növü kimi oyun mühüm yer tutur. Oyun onların gündəlik həyatının əsas hissəsinə çevrilir və emosional, sosial inkişafı stimullaşdırır. Bu yaş mərhələsində oyunla yanaşı, ünsiyyət formaları da uşağın şəxsiyyətinin təşəkkülündə böyük rol oynayır.
Oyun prosesində uşaq ilk olaraq sosial əlaqələrin sadə formaları ilə tanış olur. Yaşıdları və böyüklərlə qarşılıqlı münasibət qurmaq bacarıqları – təşəbbüskarlıq, ünsiyyətə meyillilik – oyun fəaliyyəti zamanı inkişaf edir. Uşağın şəxsiyyət kimi formalaşmasının ilkin addımı onun doğulduğu ilk günlərdən böyüklərlə qurduğu emosional əlaqələrdir. Zaman keçdikcə bu ünsiyyət formaları daha mürəkkəb sosial fəaliyyətlər – oyunlar, təlim və əmək prosesi ilə genişlənir. Ailə və təhsil mühiti uşağın həyatını elə təşkil etməlidir ki, müxtəlif fəaliyyət növləri bir-birini tamamlasın və psixi inkişaf üçün zəngin mühit yaratsın.
Açar sözlər: erkən yaş dövrü, şəxsiyyətin formalaşması, fəaliyyət növləri, oyun, sosial ünsiyyət