Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/69-75 

Rəfail Bayramlı

Akdeniz Universiteti

doktorant

https://orcid.org/0000-0002-6186-8714

rafael.bayramli.98@gmail.com

 

Maliyyə uğursuzluğunu proqnozlaşdırma modelləri

 

Xülasə

 

Müasir dövlətlərin sabit iqtisadi və sosial inkişafı fasiləsiz maliyyə axınları, əməliyyat mənfəətliliyi və davamlı investisiya qoyuluşları üzərində qurulur. Bu çərçivədə korporativ iflasın vaxtında təhlili və proqnozlaşdırılması daxili zəifliklərin müəyyənləşdirilməsi və qabaqlayıcı müdaxilə tədbirlərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədqiqatda klassik iflas proqnozlaşdırma modelləri – Biverin tək göstəricilər sistemindən, Altmanın Z-skoruna əsaslanan diskriminant analizindən, Ohlsonun logistik reqressiya modelindən, Sprinqeytin sadələşdirilmiş MDA yanaşmasından, Zmijevskinin probit əsaslı ehtimal qiymətləndirməsindən və bazar göstəriciləri ilə inteqrasiya olunmuş CHS modelindən istifadə təhlil edilir. Bu modellərin metodoloji əsasları, üstünlükləri və məhdudiyyətlərinin müqayisəli şəkildə öyrənilməsi onların maliyyə diaqnostikasını proaktiv iqtisadi təhlükəsizlik vasitəsinə çevirdiyini göstərir. İflasın qəfil deyil, mərhələli şəkildə inkişaf edən proses olduğu və erkən siqnallar vaxtında aşkarlandığı halda bərpa imkanlarının mövcud olduğu vurğulanır. Mühasibat uçotu göstəriciləri ilə bazar yönümlü göstəricilərin birgə tətbiqi və yerli iqtisadi şəraitə uyğunlaşdırılması proqnoz dəqiqliyinin artırılması və makroiqtisadi dayanıqlığın gücləndirilməsi üçün vacib hesab edilir.

Açar sözlər: iflasın proqnozlaşdırılması, maliyyə çətinliyi, Altman Z-skoru, Biver modeli, Ohlson O-skoru, Sprinqeyt modeli, Zmijevski modeli, CHS modeli, maliyyə əmsalları, erkən xəbərdarlıq sistemləri, iqtisadi sabitlik, korporativ uğursuzluq, diskriminant analiz, probit reqressiyası, bazar yönümlü göstəricilər


Baxış: 41