Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/135-141

Tamara Səfərova

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0007-8994-951X

tamarasafar9@gmail.com

 

Maliyyə nəticələrinin uçotunun normativ-hüquqi bazası və

tətbiqi mexanizmləri haqqında

 

Xülasə

 

Məqalədə müəssisələrdə maliyyə nəticələrinin uçotu çoxşaxəli yanaşma əsasında araşdırılır və bu prosesin mahiyyəti, funksiyaları, normativ-hüquqi tələbləri və tətbiqi mexanizmləri geniş şəkildə təhlil edilir. Tədqiqat göstərir ki, maliyyə nəticələrinin düzgün və şəffaf uçotu müəssisələrin maliyyə sabitliyinin qiymətləndirilməsi, idarəetmə qərarlarının qəbul edilməsi və dövlətə hesabatlılıq baxımından əsas əhəmiyyət daşıyır. “Mühasibat uçotu haqqında” Qanun, Vergi Məcəlləsi, Milli Mühasibat Uçotu Standartları və beynəlxalq maliyyə hesabatları standartları maliyyə nəticələrinin tanınması və hesabatlarda əks etdirilməsi üçün hüquqi baza yaradır. Bununla yanaşı, qanunvericilikdəki uyğunsuzluqlar, bəzi maddələrin qeyri-müəyyənliyi, müəssisələrdə köhnəlmiş uçot sistemlərinin istifadəsi və mütəxəssis çatışmazlığı uçotun keyfiyyətinə mənfi təsir göstərən əsas problemlər kimi qiymətləndirilir. Məqalədə maliyyə nəticələrinin tətbiqi mexanizmləri gəlir və xərclərin tanınması, mənfəət və zərər hesabatının hazırlanması, vergi uçotu ilə uyğunlaşdırma, audit və rəqəmsal texnologiyaların tətbiqi detallı şəkildə izah edilir. Nəticə olaraq vurğulanır ki, müasir tələblərə uyğun uçot sistemi üçün normativ bazanın təkmilləşdirilməsi, rəqəmsallaşma, peşəkar kadr hazırlığı və beynəlxalq standartlarla inteqrasiya zəruridir.

Açar sözlər: maliyyə nəticələri, gəlir və xərc, normativ hüquqi baza, mühasibat uçotu, mənfəət və zərər

 

 


Baxış: 63