DOI: https://doi.org/10.36719/2789-6919/57/147-152
Ayşən Cavadova
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0007-2029-0606
aysenagayeva913@gmail.com
Lənkəran - Astara bölgəsində “Zəfər” çəltik sortunun
məhsuldarlıq göstəriciləri
Xülasə
Bu tədqiqatda Lənkəran-Astara bölgəsi şəraitində “Zəfər” çəltik sortunun məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi nəzərdə tutulur. Bölgənin rütubətli subtropik iqlimi və münbit torpaq şəraiti çəltikçilik üçün əlverişli hesab edilir. Araşdırma çərçivəsində “Zəfər” sortunun məhsuldarlığına təsir edən əsas amillər – suvarma rejimi, gübrələmə səviyyəsi, torpaq xüsusiyyətləri və aqrotexniki tədbirlər təhlil ediləcəkdir. Eyni zamanda, sortun digər yerli və introduksiya olunmuş çəltik sortları ilə müqayisəli məhsuldarlıq göstəriciləri də öyrəniləcəkdir. Tədqiqat nəticələrinin bölgədə çəltik istehsalının səmərəliliyinin artırılmasına, ərzaq təhlükəsizliyinin təmininə və kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyi gözlənilir.
Açar sözlər: Zəfər çəltik sortu, məhsuldarlıq, Lənkəran-Astara bölgəsi, aqrotexniki tədbirlər, çəltikçilik