DOI: https://doi.org/10.36719/2663-4619/120/77-82
Nigar Hüseynova
Milli Aviasiya Akademiyası
https://orcid.org/0009-0004-4552-8703
nigar.huseynova.r97@gmail.com
Kritik Dövr Fərziyyəsinin birinci dilə təsiri və ikinci dilin alınması
Xülasə
Bu tədqiqat birinci və ikinci dillərin mənimsənilməsində Kritik Dövr Fərziyyəsi arasındakı fərqləri araşdırmaq və müəyyənləşdirməyə yönəlmişdir. Dil öyrənmə prosesində yaş faktoru bu gün də aktual müzakirə mövzusudur. Alimlərin əksəriyyəti ikinci dilə tam yiyələnmək üçün müəyyən yaş dövrünü müəyyənləşdirməyə çalışıblar. Kritik Dövr Fərziyyəsi, ətraf mühitin stimullarını anlamağa və öyrənməyə kömək edən insanın sinir sisteminin inkişafına əsaslanır. Əgər hər hansı səbəbdən orqanizm bu kritik dövrdə müəyyən bir bacarıq və ya xüsusiyyəti öyrənmək üçün müvafiq stimul almazsa, sonrakı həyatda əlaqəli funksiyaları inkişaf etdirmək çətin, nəticədə isə daha az müvəffəqiyyətli və ya hətta qeyri-mümkün ola bilər. Bu yazıda birinci və ikinci dillərin mənimsənilməsində kritik dövr araşdırılacaq və əsas tədqiqat sualına cavab axtarılacaq: Kritik Dövr Fərziyyəsi birinci və ikinci dillərin öyrənilməsi prosesinə necə təsir edir?
Açar sözlər: ikinci dil, dilin mənimsənilməsi, Kritik Dövr, birinci dil, dil öyrənmə bacarıqları