Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Kriptovalyuta ilə əlaqəli kibercinayətlərin nəzəri əsasları: arxitektura, taksonomiya və təhdid vektorları

 

Leyla Şahbalayeva Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Kriptovalyutaların qlobal maliyyə sisteminə sürətlə inteqrasiyası rəqəmsal iqtisadiyyatı əhəmiyyətli dərəcədə transformasiya etməklə yanaşı, rəqəmsal aktivlərin həm qiymətli hədəf, həm də kibercinayətkarlığı asanlaşdıran vasitə kimi çıxış etdiyi yeni kriminogen mühitin formalaşmasına səbəb olmuşdur. Bu məqalədə kriptovalyuta ilə əlaqəli kibercinayətkarlığın dərk edilməsi üçün müasir elmi ədəbiyyatın, kibertəhlükəsizlik hesabatlarının və normativ-hüquqi yanaşmaların sistematik ədəbiyyat icmalı və tənqidi təhlil əsasında hərtərəfli nəzəri çərçivə təqdim olunur. Tədqiqat blokçeyn əsaslı sistemlərin əsas memarlıq xüsusiyyətlərini, o cümlədən mərkəzsizləşdirmə (decentralisation), psevdonimlik, tranzaksiyaların geri dönməzliyi, kriptoqrafik təhlükəsizlik və ağıllı müqavilələrin proqramlaşdırıla bilməsini təhlil edir, onların cinayətkar istismar üçün yaratdığı struktur imkanları və sistemlərin təhlükəsizlik üstünlüklərini izah edir. Təhlil edilmiş ədəbiyyata əsaslanaraq, cinayətlərin əsas hədəfi və rəqəmsal aktivlərin qanunsuz fəaliyyətlərdə funksional roluna görə təsnif olunduğu altı kateqoriyalı taksonomiya təklif edilir. Bundan əlavə, kriptovalyuta ekosistemindəki təhdid mənzərəsi blokçeyn infrastrukturu, pul kisələri və məxfi açarlar, kriptovalyuta birjaları, ağıllı müqavilə ekosistemləri və istifadəçi səviyyəsində zəifliklərdən ibarət beş qarşılıqlı əlaqəli hücum səthi üzrə konseptuallaşdırılır. Məqalədə həmçinin kriptoqazma (cryptojacking), fidyə proqramları (ransomware), məlumat oğurlayan proqramlar (information stealers), mübadilə buferi oğurlayıcıları (clipboard hijackers) və Trojan tipli hücumların fəaliyyət mexanizmləri sistemli şəkildə təhlil olunur. Nəhayət, mövcud müdafiə strategiyaları kriptoqrafik mühafizə tədbirləri, təhlükəsiz proqram təminatı mühəndisliyi, normativ tənzimləmə, təşkilati kibertəhlükəsizlik tədbirləri və istifadəçi maarifləndirilməsini əhatə edən çoxsəviyyəli əks-tədbirlər çərçivəsində ümumiləşdirilir. Nəticələr göstərir ki, kriptovalyuta ilə əlaqəli kibercinayətkarlığın effektiv azaldılması texnoloji innovasiyaları, hüquqi tənzimləməni və davamlı kibertəhlükəsizlik təhsilini birləşdirən inteqrativ, fənlərarası təhlükəsizlik yanaşmasını tələb edir.

 

Açar sözlər: kriptovalyuta, blokçeyn texnologiyası, kriptovalyuta ilə əlaqəli kibercinayətkarlıq, kibercinayətkarlığın taksonomiyası, təhdid vektorları, blokçeyn təhlükəsizliyi, zərərli proqram təminatı, kibertəhlükəsizlik


Baxış: 7