DOI: https://doi.org/10.36719/2789-6919/54/75-82
Fatimə Qaralı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0009-2654-3293
fatimeqarali4@gmail.com
Kompüter elmlərinin tədrisi üçün məşhur proqramlaşdırma dilləri
Xülasə
Məqalədə ali təhsil müəssisələrində kompüter elmlərinin tədrisi yolları və metodik yanaşmalar araşdırılmışdır. Ali təhsil səviyyəsində kompüter elmlərinin tədrisi tələbələrin nəzəri biliklərini və praktik bacarıqlarını formalaşdırmaq məqsədilə müxtəlif pedaqoji metodlar və texnologiyalar vasitəsilə həyata keçirilir. Məqalədə tədris prosesində interaktiv metodlar, layihə əsaslı öyrənmə, laboratoriya və praktiki tapşırıqlar, həmçinin, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələlərinə də toxunulmuşdur. Məqalədə ölkəmizin ali təhsil müəssisələrində kompüter elmlərinin, proqramlaşdırmanın tədrisində mövcud problemlər və onların həlli yolları da şərh edilmişdir. Məqalədə istifadə olunan metodlar əsasən keyfiyyət və kəmiyyət tədqiqatları, praktiki öyrənmə yanaşmaları və pedaqoji texnologiyaların tətbiqi ilə bağlıdır. Kompüter elmlərinin ali təhsil müəssisələrində tədrisi müxtəlif metod və yanaşmaların tətbiqini tələb edir. Tədris prosesində ənənəvi üsullarla yanaşı, müasir pedaqoji texnologiyaların, rəqəmsal resursların, praktiki yönümlü tapşırıqların və layihə əsaslı öyrənmənin tətbiqi xüsusi aktuallıq kəsb edir. Bu məqalədə kompüter elmlərinin ali təhsil müəssisələrində tədrisi yolları, mövcud problemlər və onların həlli istiqamətləri elmi-pedaqoji baxımdan təhlil olunur.
Açar sözlər: kompüter elmləri, proqramlaşdırma, interaktiv metodlar, tədris keyfiyyəti, müasir təhsil