Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/49/20-37

Müşfiq Çobanov

Azərbaycan Texniki Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8684-2722

mborcali@gmail.com

 

“Ko­roğ­lu” eposunda Gürcüstan faktoru

 

Xülasə

 

Məqalədə məşhur Azərbaycan xalq və qəhrəmanlıq dastanla­rından olan “Kotoğ­lu”da Gür­cüs­tan faktoru, Gür­cüs­tan­la bağlı süjet və motivlər təd­qiq edilir. Gös­tərilir ki, şifahi xalq ədəbiy­yatında bu iki xal­qın dost­luq münasibətləri müxtəlif şəkildə əks etdi­rilir. Ta­rix boyu qədim qonşu xalqların həyatında olduğu kimi, şifahi xalq ədəbiyyatında da dost­­luğun, qonşuluq mü­na­sibət­lərinin izlərini görmək müm­kün­dür. Xü­susilə, Azər­bay­can das­tanlarında, o cümlədən, “Ko­roğ­lu”da baş verən ha­disələrdə Gür­cüs­tanın da adı keçir, bu das­tan­la­rın süjet və təsvirlərində bu yerlərin tərənnü­münə rast gəlirik. Həm də ona görə ki, tarix boyu qə­dim türk torpağı Borçalı da bu ərazidə yerləşir, soy­daşla­rımızın gür­cü­lərlə iç-içə ərazidə yaşaması onları daha da yaxınlaşdırır. Xal­qın bədii düşüncəsi isə heç bir sərhəd tanımır. “Ki­tabi-Dədə Qorqud”, “Aşıq Qə­rib”, “Əsli və Kərəm” və b. dastanlarda ol­duğu kimi, “Ko­roğ­­lu”da da, Tiflis, Gürcüs­tan təsvirlərinə geniş yer verilir. Das­tanda hadisələrin bir his­­səsi məhz bu­rada - Gürcüstanda baş ve­rir. Das­tanda Gürcüsta­nın müsbət obrazı, təbiət gözəllik­ləri­nin təsviri və tərən­nümü xalq­lar arasındakı dost­luq, qarşı­lıqlı eti­maddan qaynaqlanmışdır. Das­tanın gürcü ya­zılı ədəbiy­yatına təsiri araşdırılır. Bu möv­zuda yazılmış gürcü poeziya, nəsr və dra­maturgi­ya­sından nü­munələr tədqiqata cəlb olunur. Bir sözlə, dastanın öy­rə­nilməsi, təd­qiqi və təb­liği Azər­baycan və gürcü xalq­larını­n dostlu­ğu­nun daha da möhkəm­lən­məsinə, Azər­bay­can-gür­cü ədə­bi əla­­qələ­rinin da­ha yüksək səviyyədə in­ki­şafına xid­mət edir.

Açar sözlər: Azərbaycan dastanları, xalq dastanları, qəhrə­manlıq dastanları, aşıq, yara­dıcılıq, qaçaqlıq, Koroğlu, Tiflis, gürcü, yazıçı, əsər, nəsr, pyes, dram, dastan motiv, süjet, təsvir


Baxış: 408