Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/22-28

 

Gülnarə İsmayılova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0001-6364-2313

gulnara.ismayilova@yandex.ru

Hacıağa Sadıxov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0006-9610-0103

haciagasadiqov2@gmail.com

 

Kimya fənninin tədrisində innovativ pedaqoji yanaşmanın

effektivliyi və tətbiqi

 

Xülasə

 

Müasir dövrdə ənənəvi tədris üsulları müasir dövrün tələblərinə cavab vermədiyindən təhsildə innovativ yanaşmalardan daha çox istifadə olunur. İnnovasiya təhsil sistemində olan yeniliklərdir. Təhsil prosesində istifadə olunan innovasiyalar — onlayn platformalar, rəqəmsal texnologiyalar, STEAM təhsili, layihə və problem əsaslı öyrənmə — günümüzdə böyük əhəmiyyətə malikdir. Bu

 saydıqlarımız şagirdlərdə yaradıcı və tənqidi təfəkkürü, kollektiv işləmə bacarıqlarını və müstəqil kəşf etmə bacarıqlarını inkişaf etdirir. Kimya fənninin tədrisində innovativ pedaqoji tehnologiyalar, xüsusilə də layihə əsaslı təlim mühüm əhəmiyyət kəsb edir. Şagirdlər öyrənərkən təcrübə və simulyasiyalardan istifadə etdikdə öyrənilən məlumatlar daha uzun müddət yadda qalır. Təhsil prosesində innovasiyalardan istifadə olunması bu prosesi daha əyləncəli, interaktiv və nəticəyönümlü edir. Məqalədə ümumi təhsil məktəblərində kimya fənninin tədrisində innovasiyaların rolu təhlil olunmuşdur.

Açar sözlər: yenilik, şagird, inkişaf, layihə, kimyəvi təcrübə, öyrənmə, tətbiq etmə

 


Baxış: 275