Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/120/72-76

Nizami Əkbərov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0005-4611-8754

adpu-kimya@mail.ru

Kəmalə İskəndərova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0000-0001-9171-4444

kemaleisva@mail.ru

 

Kimya dili – kimyanın tədrisində idrak vasitəsi kimi

 

Xülasə

 

Bu məqalədə kimya fənninin tədrisində keyfiyyətli təhsilə nail olmaq üçün kimya dilinin kimyanın öyrədilməsində idrak vasitəsi kimi olmasından bəhs edilir. Qeyd olunmuşdur ki, kimya fənninin tədrisində keyfiyyətli təhsil məhz kimya dilinin öyrədilməsində fəndaxili və fənlərarası inteqrasiyadan, fənlərin keyfiyyətli tədrisindən başlayır. Təhsildə kimya dilinin tətbiqi, müasir təlim metodlarından da düzgün və məqsədli şəkildə istifadə olunması kimya fənninin mənimsənilməsinə müsbət təsir edir. Məqalədə həmçinin göstərilmişdir ki, təhsildə istifadə edilən idrak vasitələrindən biri də bu və ya digər fənnə aid olan termin və anlayışların, yəni həmin fənn dilinin anlaşıqlı və asanlıqla başa düşülən tərzdə olmasıdır. Kimya fənninin daha dərindən tədrisində və onun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsində kimya dilinin rolu çox yüksəkdir. Belə ki, idrak nəzəriyyəsi baxımından, kimyəvi anlayış və terminlərin formalaşdırılması prosesi onların mənasının tamamilə açılmasından keçir. Kimyəvi anlayış dedikdə, ilk növbədə, kimya fənninin mənimsənil­məsi prosesində şagirdlərin yiyələndikləri ümumiləşmiş bilik növü və təfəkkür forması nəzərdə tutulur. Kimya dilinin həmin fənnin dərindən mənimsənilməsinə və keyfiyyətli tədrisinə müsbət təsiri də bu məqalənin əsas ideya xətti kimi götürülə bilər.

Açar sözlər: kimya dili, idrak nəzəriyyəsi, kimyəvi anlayışlar, tədris, təlim, fənlər, müəllim, tələbə, keyfiyyətli təhsil, məktəb, universitet, kimya kursu


Baxış: 223