DOI: https://doi.org/10.36719/2663-4619/114/133-139
Zaman Qəmbərov
BESAN Qida sənayesi və ticarəti səhmdar cəmiyyəti
Azərbaycan Respublikasındakı Filialı
https://orcid.org/0009-0001-3638-2472
gambarov.zaman@gmail.com
İqtisadi tənzimləmədə sanksiyaların ölkə iqtisadiyyatına təsiri
məsələləri: Rusiya nümunəsində
Xülasə
Təqdim olunan araşdırma Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların bu ölkənin iqtisadiyyatı, sosial həyatı və valyuta bazarına təsirlərini əhatə edir. Sanksiyalar əsasən enerji, maliyyə və istehsal sahələrinə yönəldilmiş, ölkənin ÜDM-də ixrac və idxal payının azalmasına, rublun dəyər itirməsinə, inflyasiyaya və investisiya axınının zəifləməsinə səbəb olmuşdur. Xarici texnologiyalara çıxışın məhdudlaşdırılması yerli istehsalatın keyfiyyətinə və rəqabət qabiliyyətinə mənfi təsir göstərmişdir. Eyni zamanda, işsizlik səviyyəsinin artması, sosial problemlərin dərinləşməsi və əhalinin həyat səviyyəsinin aşağı düşməsi müşahidə olunmuşdur. Rusiya hökuməti bu təsirləri minimuma endirmək üçün daxili istehsalı və yeni bazarlara çıxışı təşviq etsə də, bu yanaşmaların uzunmüddətli dayanıqlılığı sual altındadır. Ümumilikdə, sanksiyalar təkcə iqtisadiyyatı deyil, həm də cəmiyyətin sosial və psixoloji strukturunu sarsıdaraq, Rusiyanın qlobal sistemdə mövqeyinə ciddi təsir göstərmişdir.
Açar sözlər: iqtisadi tənzimləmə, Rusiya iqtisadiyyatı, sanksiyalar, iqtisadi faktorlar, iqtisadi təsirlər