DOI: https://doi.org/10.36719/2663-4619/121/71-76
Sənan Mustafayev
Bakı, Azərbaycan
https://orcid.org/0009-0007-0148-4245
smustafayev869@gmail.com
İnvestisiya portfellərinin optimizasiyası: risk və gəlirlilik balansı
Xülasə
İnvestisiya portfellərinin optimizasiyası müasir maliyyə idarəçiliyinin əsas istiqamətlərindən biridir. Bu prosesdə əsas məqsəd risk və gəlirlilik arasında optimal balans yaratmaqdır. Portfelin düzgün formalaşdırılması investorların kapitalını qorumaqla yanaşı, uzunmüddətli gəlirliliyin təmin edilməsinə xidmət edir. Risklərin idarə olunması üçün diversifikasiya, aktivlərin düzgün seçilməsi, bazar tendensiyalarının təhlili və riyazi-statistik modellərdən istifadə olunur. Gəlirlilik isə əsasən portfeldə yer alan aktivlərin gəlir potensialı, bazar şəraiti və iqtisadi dəyişikliklərdən asılıdır. Buna görə də portfel optimizasiyası həm nəzəri, həm də praktiki baxımdan investorların qərarvermə prosesində mühüm rol oynayır. Əldə olunan nəticələr göstərir ki, optimal portfel yalnız riskləri minimuma endirməklə deyil, həm də sabit gəlirliliyi qorumaqla iqtisadi səmərəliliyin yüksəldilməsinə şərait yaradır.
Açar sözlər: investisiya portfeli, optimizasiya, risklərin idarə olunması, gəlirlilik, diversifikasiya, maliyyə strategiyası, kapital bazarı