DOI: https://doi.org/10.36719/2706-6185/57/121-125
Rəvanə Həsənova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0002-8507-5492
gassanovaravana @ gmail.com
İnteraktiv metodlar vasitəsilə xarici dil tədrisinin təkmilləşdirilməsi
Xülasə
Müasir dünyada Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının aparıcı və rəsmi dillərindən olan ingilis dili beynəlxalq əməkdaşlığa, mədəniyyətlərarası dialoqa təsir göstərən universal dillərdən biridir. Təqribən 1.5 mlrd insanın ana dili və ya ikinci dili olan ingilis dilinə marağın artmasının səbəblərindən biri də digər aparıcı dillərlə müqayisədə onu mənimsəmək, adaptasiya olmaq daha rahatdır. Həmçinin qeyd etmək lazımdır ki, ana dili ilə müqayisədə ikinci dil öyrənmək və ya tədris etmək daha mürəkkəbdir və xüsusi metodika, müəllim səriştəsi, həmçinin düzgün təlim forması tələb edir.
Son illərdə xarici dilin tədrisi metodlarına maraq artmış, dil öyrənənlərdə tək pedaqoji deyil, həm də sosioloji, psixoloji təməlin gücləndirilməsi, fərdlərin hərtərəfli inkişafı prinsipi müasir təhsil strategiyamızın əsas istiqamətlərinə çevrilmişdir.
Məhz bu səbəblə təhsilin sadəcə məzmununa deyil, həm də təcrübəsinə əsaslanan interaktiv metodlar xarici dilin tədrisinin innovativ və motivasiyaedici metodu olmaqla bərabər, nitq və şifahi ünsiyyət bacarıqlarının inkişafında da mühüm rol oynayır.
Məqalədə interaktiv metodların xarici dilin tədrisində kommunikativ səriştəliliyin inkişafında, təhsilin modernləşdirilməsində rolu və problemli-dialoji, inkişafetdirici təlim metodlarının praktikada tətbiqi araşdırılır.
Açar sözlər: xarici dil metodikası, interaktiv metod, kommunikasiya, səriştə və bacarıq, modern təhsil