Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/97-101

Ziyafət Əhmədzadə

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

magistrant

https://orcid.org/0009-0008-5583-6653

ziyafatahmadzada@gmail.com

 

İnsan kapitalının strateji dəyişikliklərin idarə edilməsində

rolunun təhlili

 

Xülasə

 

İnsan kapitalının strateji dəyişikliklərin idarə edilməsində rolu müasir təşkilatların rəqabət qabiliyyətinin və uzunmüddətli davamlılığının formalaşmasında əsas həlledici amillərdən biridir. Strateji dəyişikliklər yalnız texnoloji yeniliklər və struktur islahatlarla məhdudlaşmır; onların səmərəli həyata keçirilməsi birbaşa olaraq işçi qüvvəsinin bilik, bacarıq, innovativ düşüncə və adaptasiya potensialından asılıdır. Tədqiqat göstərir ki, yüksək səviyyədə inkişaf etmiş insan kapitalı dəyişikliklərə institusional çevikliyi artırır, qərarvermə proseslərini sürətləndirir və təşkilatın transformasiya prosesində riskləri minimuma endirir.

İnsan kapitalına investisiya təlim, rəqəmsal bacarıqların inkişafı, liderlik hazırlığı və motivasiya mexanizmlərinin gücləndirilməsi dəyişikliklərin idarə edilməsində kritik strateji resurs kimi çıxış edir. Bu, əməkdaşların dəyişiklik prosesini müsbət qəbul etməsini, yeniliklərin tətbiqinə aktiv qoşulmasını və təşkilati mədəniyyətin yenilənməsini təmin edir. Eyni zamanda, insan kapitalı strateji dəyişikliklərin idarəsində innovasiya mühitinin formalaşmasına, rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə və şirkətin uzunmüddətli strateji məqsədlərinə uyğun insan resursları siyasə-tinin qurulmasına imkan yaradır.

Açar sözlər: insan kapitalı, strateji dəyişikliklərin idarə edilməsi, təşkilati çeviklik, rəqəmsal transformasiya, innovasiya, liderlik, kadr potensialı, dəyişikliklərə adaptasiya, insan resurslarının inkişafı, idarəetmə effektivliyi

 

 


Baxış: 67