Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/44-49

Elnur Arifzadə
Əl-Fərabi adına Qazax Milli Universiteti
doktorant
https://orcid.org/0009-0001-9706-7484
earifzade@gmail.com

Ülvi Məmmədov
Mingəçevir Dövlət Universiteti

magistrant
https://orcid.org/0009-0002-5824-8626
ulvimammadly@gmail.com

 

İnnovasiyalar əsrində yeniliklərin təsiri zamanı uşaqların

sosial-emosional xarakter inkişafında skautinq fəaliyyətinin təqdim etdiyi dərsdənkənar proqramın effektivliyinin tədqiqi

 

Xülasə

 

Müasir texnoloji innovasiyalar və sürətli inkişaf kontekstində uşaqların sosial-emosional inkişafında qarşılaşdıqları problemlər qeyri-formal təhsil modelini daha əhəmiyyətli edir. Bu tədqiqat skaut fəaliyyətlərinin uşaqların sosial-emosional davranış inkişafında rolunu və onun innovasiyalar dövründə dərsdənkənar fəaliyyət kimi mümkün performansını araşdırır. Skautinq təcrübəyə əsaslanan və dəyər yönümlü yanaşması səbəbindən uşaqlarda empatiya, əməkdaşlıq, məsuliyyət və liderlik inkişaf etdirən qeyri-formal təhsil modeli kimi tanınır. Bu tədqiqatın nəticələri, 2024-cü ilin iyun ayında Azərbaycan Skautlar Assosiasiyasının təhsil fəaliyyətlərində iştirak edən skaut liderləri və digər təhsil işçiləri ilə aparılan sorğudan əldə edilmişdir. Məlumatlar anket vasitəsilə toplanmış və təsviri-statistik metodologiya ilə təhlil edilmişdir. Məqalə, həmçinin, texnoloji innovasiyaların təlim və inkişafın bir hissəsi ola biləcəyini, skaut proqramlarının əsas prinsiplərinin isə yerində qaldığını araşdırır. Nəticələr göstərir ki, skautinq uşaqların sosial-emosional rifahını inkişaf etdirməkdə təsirli bir dərsdənkənar təhsil vasitəsidir və skaut fəaliyyətləri yeni təhsil mühitlərində tətbiq oluna bilər.

Açar sözlər: skaut, sosial-emosional inkişaf, dərsdənkənar proqramlar, qeyri-formal təhsil, uşaqlar

 


Baxış: 60