Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

 

İngilis dilinin tədrisində süni intellektin rolu

 

Səriyyə Sevdimalıyeva

 

Xülasə. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı təhsil sahəsində mühüm yeniliklərin yaranmasına səbəb olmuşdur. Xüsusilə süni intellekt texnologiyalarının tətbiqi xarici dil tədrisində yeni imkanlar açmış və İngilis dilinin öyrədilməsi prosesini daha effektiv, interaktiv və fərdiləşdirilmiş hala gətirmişdir. Süni intellekt əsaslı platformalar və proqramlar tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Bu texnologiyalar vasitəsilə tələbələrin dinləmə, danışma, oxu və yazı bacarıqları daha sistemli şəkildə inkişaf etdirilir, onların fərdi ehtiyacları və öyrənmə səviyyələri nəzərə alınır. Tədqiqatda həmçinin süni intellektin tətbiqi zamanı yaranan bəzi problemlər də araşdırılmışdır. Bunlara texnoloji avadanlıqların çatışmazlığı, rəqəmsal savadlılıq səviyyəsinin aşağı olması, müəllimlərin yeni texnologiyalara uyğunlaşma çətinlikləri və etik məsələlər daxildir. Bununla yanaşı, qeyd olunur ki, düzgün istifadə olunduğu halda süni intellekt tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin akademik göstəricilərinin yaxşılaşmasına və müasir təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.

Müasir təhsil müəssisələrində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi tələbələrin dil bacarıqlarının inkişafına və qlobal kommunikasiya imkanlarının artırılmasına xidmət edir.

 

Açar sözlər: süni intellekt, ingilis dili tədrisi, rəqəmsal təhsil, interaktiv öyrənmə, chatbotlar, virtual müəllim, dil bacarıqları, innovativ texnologiyalar, elektron təhsil, fərdiləşdirilmiş təlim, nitq tanıma sistemləri, təhsil texnologiyaları


Baxış: 10