https://doi.org/10.36719/2663-4619/112/49-53
Sevinc Tağıyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0002-2288-8579
tagiyevas951@gmail.com
Anna Qruzina
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0003-2422-9996
anna-v-g2004@yandex.ru
Məlaikə Xudaverdiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0006-2540-3772
melaikexudaverdiyeva082@gmail.com
Tamella Əlizadə
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0001-3324-033X
alizadetamella@gmail.com
Solmaz İsmayılova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0003-3354-4506
huseynovasolmaz45@gmail.com
İngilis dilində şəxsi xarakterizə edən leksiko-semantik söz qrupları
Xülasə
Məqalədə Azərbaycan və ingilis dillərində insanı xarakterizə edən sözlərin leksik və semantic qruplarının müqayisəli təhlili verilmişdir. Qeyd olunur ki, bu dillərin şəxsiyyətin xarakterini səciyyələndirən lüğət tərkibini özündə birləşdirən belə təbəqəsinin müqayisəli tədqiqi Azərbaycan və ingilis xalqlarının mədəniyyətində ümumi və fərdi xüsusiyyətlərin aşkarlanmasına, milli obrazın, mentalitetin, etik-əxlaqi normaların təsvirinə kömək edir. İnsanı müxtəlif əlamətlərlə xarakterizə edən bu söz qrupları tədqiq olunan dillərdə kifayət qədər böyük həcm təşkil edir və müəyyən semantik xüsusiyyətlərin oxşarlığına görə qruplaşdırılan bir sıra semantik assosiasiyaların məcmusunu təmsil edir. Onlar öz daxilindəki semantik xüsusiyyətlərin komponentlərinə görə daha kiçik qruplara və alt qruplara bölünürlər. Bu alt qrupların hər birini başqa, daha böyük qrupun üzvü hesab etmək olar. Tədqiq olunan dillərdə insanın müxtəlif xassələrini, atributlarını, xarakter əlamətlərini, xarici görünüşünü, habelə əxlaqi keyfiyyətlərini müəyyən edən sözlərin leksik və semantik qrupları kifayət qədər geniş şəkildə təmsil olunur. Sadalanan leksik-semantik qruplar və alt qruplar bir-biri ilə sıx əlaqəli və bir-birindən asılı olduğu ortaya çıxır.
Açar sözlər: dillər, leksik-semantik qruplar, insanı xarakterizə edən sözlər, müqayisəli təhlil, semantik assosiasiyalar