Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/108-111

Gülşən Musayeva

Bakı Biznes Universiteti

https://orcid.org/0009-0009-8522-3169

musayeva-gulshan@mail.ru

 

İngilis dilində feilin güman şəkli və onun xüsusiyyətləri

 

Xülasə

 

Feilin “mood” kateqoriyası çox vaxt vəziyyətlə reallıq arasındakı münasibətləri danışanın baxış nöqtəsindən ifadə edən fel kateqoriyası kimi nəzərdən keçirilir. Başqa sözlə, feilin vasitəli şəkli danışanın vəziyyətin reallıq və ya qeyri-reallıq olmasına verdiyi subyektiv qiymətləndirməni göstərir. Müasir ingilis dilində feilin “mood” kateqoriyası çoxsaylı müzakirələrə səbəb olmuşdur. O, müxtəlif cür şərh edilmiş və felin ən mübahisəli kateqoriyası hesab olunur.

Feilin modallıq ifadə edən şəkillərindən biri və demək olar ki, ən mürəkkəbi güman şəklidir. Feilin “Suppostional Mood” şəklinin iki zaman forması mövcuddur: indiki və keçmiş. Feilin bu vasitəli şəkli danışanın ehtimal, arzu ilə tələb olunan hərəkətini bildirir. Sifariş, təklif, tələb, istək, fərziyyə və məqsədləri ifadə etmək üçün istifadə olunur. Feilin bu forması bir neçə məqamda işlədilə bilər.

Açar sözlər: modallıq, feilin güman şəkli, arzu, təklif, fərziyyə


Baxış: 98