Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

 

İngilis dilində feil zamanları mətnyaratma vasitəsi kimi: funksional yanaşma

 

Birgül Əsədova1* , Tehranə Xudaverdiyeva2 , Leyla Səfərova3 ,

Müşərrəf Məmmədova4 , Bülbül Abbasova1

 

Xülasə. Bu məqalədə ingilis dilində feil zamanlarının mətnyaratma prosesində funksional rolu araşdırılır. Tədqiqatın əsas məqsədi feil zamanlarının yalnız qrammatik kateqoriya kimi deyil, həm də mətnin qurulması, məntiqi ardıcıllığın təmin edilməsi və kommunikativ niyyətin ifadəsində mühüm vasitə kimi çıxış etdiyini göstərməkdir. Məqalədə sistem-funksional dilçilik və diskurs təhlili yanaşmaları əsasında feil zamanlarının mətnin koherensiyası və koheziyasının formalaşmasındakı rolu təhlil edilir. Xüsusilə, müxtəlif mətn növlərində – narrativ və elmi üslublarda – zaman seçiminin informasiyanın təqdim olunmasına və oxucu tərəfindən qavranılmasına təsiri göstərilir. Analiz korpus əsaslı keyfiyyət yanaşmasına söykənir və mikro (cümlə və cümlələrarası) və makro (mətn və janr) səviyyələrdə zaman seçiminin diskursun təşkilinə təsirini araşdırır. Nəticələr göstərir ki, feil zamanları yalnız zaman münasibətlərini ifadə etmir, həm də mətnin struktur bütövlüyünü təmin edən, informasiya axınını tənzimləyən və janr fərqlərini müəyyən edən əsas diskurs vasitələrindən biridir. Eyni zamanda, zaman formalarının düzgün seçilməməsi mətnin aydınlığını və kommunikativ effektivliyini azalda bilər. Bu baxımdan, feil zamanlarının funksional yanaşma çərçivəsində öyrənilməsi həm nəzəri dilçilik, həm də praktik dil istifadəsi üçün mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: feil zamanları, mətnyaratma, diskurs təhlili, funksional dilçilik, koheziya, koherensiya, zaman-aspekt sistemi


Baxış: 3