DOI: https://doi.org/10.36719/2706-6185/35/41-48

Sevinc Sadıqova

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

filologiya üzrə fəlsəfə doktoru

sevincsadigova@gmail.com


QƏRBİ AZƏRBAYCANIN DƏRƏLƏYƏZ MAHALININ ETNOORONİMLƏRİ 


Xülasə

Dərələyəz mahalının toponimlərini öyrənmək, onların spesifik xüsusiyyətlərini üzə çıxarmaq üçün yalnız şəhər, kənd, qəsəbə adlarının – oykonimlərin öyrənilməsi kifayət deyildir. Bu yerlərin toponimlərinin linqvistik xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi üçün toponimlərin digər növlərini – oronimləri də tədqiqata cəlb etmək zəruridir. Oronimlər relyef quruluşuna görə bir-birindən fərqlənən yer adlarıdır. Oronim dedikdə, dağ, təpə, zirvə, qaya, yarğan, aşırım, yoxuş, eniş, dərə, düz, səhra, qobu, örüş, kövşən, meşə, otlaq, biçənək, çöl, sahə və s. adları nəzərdə tutulur. Dərələyəz mahalının təbii şəraiti, coğrafi obyektlərin zənginliyi rəngarəng coğrafi adların yaranmasına səbəb olmuşdur. Məlumdur ki, tayfa və nəsil adlarından törənən onomastik vahidlər tarixi baxımdan daha qədim hesab olunur. Dərələyəz ərazisində qeydə alınmış Xalaclar yurdu, Xalaclar arxacı, Təhlə düşən yurd, Kəngərli yeri, Oğuz üzü kaha, Xaç düzü, Xaç dərəsi, Qazaxlar yurdu, Qazax dərə, Qısır dağ, Qısır yurd, Cığatay yurdu, Əyricə yaylağı, Əyricə dağı, Vers dağı, Versin çınqılı, Çıraqlı dərəsi, Çıraqlı yurdu kimi oronimlər çox qədim dövrlərdən məlum olan etnonimləri özündə yaşadırlar. 

Açar sözlər: Qərbi Azərbaycan, Dərələyəz, mikrotoponim, oronim, etnooronim


Sevinj Sadigova

Azerbaijan State Pedagogical University 

Doctor of Philosophy in Philology

sevincsadigova@gmail.com


Ethnoonymms of Daralayaz District of Western Azerbaijan


Abstract

In order to learn the toponyms of Daralayaz district and to reveal their specific characteristics, it is not enough to study only the names of cities, villages, and settlements − oikonyms. For a comprehensive study of the linguistic features of the toponyms of these places, it is necessary to involve other types of toponyms − oronyms. Oronyms are place names that differ from each other due to the relief structure. Oronim means a mountain, a hill, a peak, a rock, a gorge, a pass, an ascent, a descent, a valley, a plain, a desert, a grove, a meadow, a bend, a forest, a pasture, a meadow, a desert, a field, etc. names are meant. The natural conditions of Daralayaz district, the wealth of geographical objects have led to the creation of colorful geographical names. It is known that the onomastic units derived from the names of tribes and generations are considered older from a historical point of view. Recorded in the territory of Daralayaz, the Khalaclar home, the Khalalar archaci, the Tahla fall home, Kangarli place, Oguz face, Khach duzü, Khach valley, Gazakhlar home, Gazakh valley, Kisir dag, Kisir yurd, Cigatay yurd, Ayrija plateau, Ayrija mountain, Vers mountain, oronyms such as Versin chingili, Chiragli valley, Chiragli yurt contain ethnonyms known from ancient times.

Keywords: Western Azerbaijan, Daralayaz, microtoponym, oronym, etnooronym
MƏQALƏNİ YÜKLƏ [688,9 Kb] (yüklənib: 5)

Baxış: 62
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
elmmerkezi@aem.az, info@aem.az