ELMİ TƏDQİQAT
Beynəlxalq Elmi Jurnal
e-ISSN: 2789-6919
DOI: 10.36719
_________________________________________________________________
Jurnal elmin hər bir sahəsini əhatə edir
Jurnal Azərbaycan, ingilis, türk və rus dillərində fəaliyyət göstərir
“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün
mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.
Müəlliflərə “Azərbaycan Elm Mərkəzi” tərəfindən Beynəlxalq Sertifikat verilir.
Məqalə çapına dair tələblər
- Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Məqalənin həcmi: 7-25 səhifə arası olmalıdır.
- Müəllif: Müəllifin adı və soyadı (məs.: Nailə Təhməzova), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
- Xülasə: 150-250 sözdən ibarət olmalıdır. Məqalə Azərbaycan dilində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində və ya ingilis dilində yazılarsa, xülasə ingilis və Azərbaycan dillərində yazılmalıdır. Əgər məqalə türk və rus dillərində yazılarsa, xülasə məqalənin yazıldığı dildə, həmçinin Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Açar sözlər: 5 sözdən az olmayaraq yazılmalıdır. Məqalə Azərbaycan dilində yazılarsa, açar sözlər Azərbaycan və ingilis dillərində və ya ingilis dilində yazılarsa, açar sözlər ingilis və Azərbaycan dillərində yazılmalıdır. Əgər məqalə türk və rus dillərində yazılarsa, açar sözlər məqalənin yazıldığı dildə, həmçinin Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Tədqiqat
- Nəticə
- Ədəbiyyat:Ədəbiyyat siyahısı 8 mənbədən çox olmaqla əlifba sırası ilə yazılmalıdır. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
- Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Kazımov, Q. (2019). Azərbaycan dilinin tarixi sintaksisi. Elm.
- Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Hacıyeva, B. (2023). Xarici maqnit sahəsində neytrino-elektron qarşılıqlı təsir prosesləri
üçün ümumi halda matris elementi. “Elmi İş” Beynəlxalq Elmi Jurnal, 17(6), 157-164.
https://doi.org/10.36719/2663-4619/91/157-164
- İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: İsmayıllı, T. (2024, 30 may). Dilə funksional yanaşma və koqnitiv dilçilik modelləri.
Aem.az. https://www.aem.az/index.php?newsid=4186
- Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Məmmədov, A. (tərtibçi). (2022). Tibbə aid əsas anlayışlar. Bakı Tibb Nəşriyyatı.
Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Təhməzova, 2006), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Təhməzova, 2006, s. 117).
Məqalə çapı ödənişlidir
e-poçt: tedqiqat.1707@aem.az
info@aem.az
_______________________________________________________________
Ünvan: Bakı şəh., Mətbuat pr., 529,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
https://aem.az
Tel.: +994 50 209 59 68
+994 99 807 67 68
+994 99 808 67 68
+994 12 510 63 99