Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/54/37-41

Aynurə Səfərova

2 saylı Kliniki Psixiatriya Xəstəxanası

https://orcid.org/0009-0008-9935-7136

safarova86aynur@gmail.com

 

II Qarabağ müharibəsi iştirakçılarının psixoloji vəziyyətlərinin

xüsusiyyətləri (kliniki-psixopatoloji, patopsixoloji və terapevtik aspektləri)

 

Xülasə

 

II Qarabağ müharibəsi iştirakçılarında psixoloji vəziyyətlər müharibə şəraitində yaşanan intensiv stress və travmatik təcrübələr fonunda formalaşır. Döyüş təcrübəsi kliniki-psixopatoloji səviyyədə post-travmatik stress pozuntusu, anksiyete, depressiv hallar, emosional gərginlik və yuxu pozuntuları ilə müşayiət oluna bilər. Patopsixoloji aspektdə emosional sabitliyin pozulması, təfəkkür və diqqət proseslərində dəyişikliklər, davranış və adaptasiya mexanizmlərində çətinliklər müşahidə edilir. Terapevtik yanaşmalar psixoterapiya, psixoloji reabilitasiya, psixoedukasiya və sosial dəstək tədbirlərini əhatə edir. Bu istiqamətdə aparılan kompleks müdaxilələr müharibə iştirakçılarının psixoloji vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə uyğunlaşmasının dəstəklənməsində mühüm rol oynayır.

Açar sözlər: II Qarabağ müharibəsi, müharibə iştirakçıları, psixoloji vəziyyət, kliniki-psixopatoloji əlamətlər, patopsixoloji xüsusiyyətlər, post-travmatik stress pozuntusu, psixoterapiya, psixoloji reabilitasiya, sosial adaptasiya

 


Baxış: 32