Arxiv
ELMİ TƏDQİQAT - 2026
DOI: https://doi.org/10.36719/2789-6919/64/198-203
İçməli̇ suyun təmi̇zlənməsi̇ndə nanotexnologi̇yalarin rolu
(İcmal)
Ağasəmid İsayev1 , Sevinc Sadiqova2
, İradə Nağıyeva2
,
Xülasə. Təqdim olunan icmal məqalədə içməli suyun təmizlənməsində istifadə olunan müxtəlif nanomaterialların, o cümlədən qrafen və onun törəmələri, çirkləndiricilərin adsorbsiyası üçün adsorbentlərin, karbon nanotüpləri (CNT), titan dioksidin (TiO₂), sink oksidin (ZnO), gümüş (Ag NP) nanohissəciklərinin, dəmir əsaslı (Fe) nanomaterialların və membran texnologiyalarının tətbiqi hərtərəfli araşdırılmışdır. Tədqiqatın məqsədi nanomaterialların ağır metallar, üzvi çirkləndiricilər və patogenlər daxil olmaqla, geniş spektrli su çirkləndiricilərinin kənarlaşdırılmasındakı effektivliyini qiymətləndirməkdir.Araşdırma nəticəsində məlum o lmuşdur ki, təhlil edilən hər bir material özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, qrafen və onun törəmələri (qrafen oksidi (GO) və reduksiya olunmuş qrafen oksidi (rGO)) yüksək səth sahəsi, mexaniki möhkəmliyi və çoxyönlü səth kimyası sayəsində suyun təmizlənməsində, karbon nanotüpləri (CNT) və dəmir nanohissəcikləri (Fe NP) üzvi çirkləndiricilərin və ağır metalların sudan adsorbsiyasında yüksək performans göstərir. Sink oksidi nanopartikulları (ZnO NP) və gümüş nanohissəcikləri (Ag NP) yüksək antimikrob xüsusiyyətləri nümayiş etdirməklə bakteriya, virus və göbələklər kimi geniş spektrli patogenləri təsirsiz hala gətirə bilir. Membran nanomateriallar isə filtrasiya texnologiyalarının performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. TiO₂, ZnO və ya qrafen əsaslı nanomaterialların membranlara inteqrasiyası membranın çirklənməyə qarşı müqavimətini, mexaniki möhkəmliyini və çirkləndiricilərə qarşı selektivliyini əhəmiyyətli dərəcədə artırır.
Açar sözlər: içməli su, karbon nanotüpləri, adsorbent, nanotexnologiya, membran texnologiyaları
Baxış: 29