Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/167-170

Ənvər Mizanfarlı

Azərbaycan Texniki Univeristeti

magistrant

https://orcid.org/0009-0006-8028-6628

prof.anvar2013@gmail.com

 

Honeypot texnologiyalarının təsnifatı və kibertəhdidlərin

aşkarlanmasında tətbiqi

 

Xülasə

Honeypot sistemləri kibertəhlidlərin proaktiv identifikasiyası üçün təhlükəsizlik ekosisteminə mühüm dinamik üstünlüklər gətirir. İnnovativ Honeypot yanaşmaları hücumçu fəaliyyətlərini dərk edərək təhlükəsizlik sistemlərini təkmilləşdirməyə kömək edir. Bu araşdırmada müxtəlif Honeypot növlərinin təsnifatı və tətbiq strategiyaları ətraflı şəkildə analizi edilir. Aşağı təsirli (Low-Interaction) Honeypotlar özəl və sadə xidmətləri emulyasiya edərək, yüksək təsirli (High-Interaction) Honeypotların təqlid etdiyi sistemlərdən fərqlənir. Fiziki və virtual Honeypotların tətbiqi müxtəlif mühitlərdə təhlükəsizlik infrastrukturlarını qorumaq məqsədini daşıyır. Həmçinin, tədqiqat hibrid Honeypot şəbəkələrinin effektivliyini vurğulamaqdadır və təcrübi nəticələr göstərir ki, bu şəbəkələr APT (Advanced Persistent Threat) hücumlarının aşkarlanma dərəcəsini 40% artırmaqdadır. Bu yanaşmalar təhlükəsizlik mütəxəssislərinə hücumçuların metodlarını daha yaxşı başa düşmək və potensial təhdidlərə qarşı qabaqcıl tədbirlər görmək imkanı verir. Təhlükə kəşfiyyatında proaktiv yanaşmaların əhəmiyyəti vurğulanır və gələcək tədqiqat perspektivlərini işıqlandıran tövsiyələr təqdim edilir. Məqalə müasir kibertəhlidlərin qarşısının alınması məqsədilə Honeypot sistemlərinin təqdim etdiyi dinamik üstünlüklərin ətraflı təhlilini təqdim edir. Honeypot sistemləri kiber təhlükəsizlik ekosistemində əsas müdafiə mexanizmlərindən biri olaraq hücumçuları cəlb edərək onların fəaliyyətini proaktiv şəkildə identifikasiya etməyə imkan yaradır. Bu sistemlər sayəsində potensial hücumlar erkən mərhələdə aşkar edilir və beləliklə, müdafiə tədbirləri daha səmərəli həyata keçirilə bilir.

Açar sözlər: Honeypot texnologiyaları, kibertəhdid, proaktiv identifikasiya, APT, Hibrid Honeypot şəbəkələri, fiziki və virtual təsnifat

 


Baxış: 200