DOI: https://doi.org/10.36719/2663-4619/116/80-86
Nailə Zakirli
Bakı şəhər, Xəzər rayon, 156 nömrəli tam orta məktəb
https://orcid.org/0009-0009-1609-3284
naile.zakirli@gmail.com
Helmqols tənliyinin xüsusi həlləri və daxili sərhəd məsələləri
Xülasə
Bu məqalədə, Helmqols tənliyinin xüsusi həlləri və daxili sərhəd şərtlərinin (Neyman sərhədləri) tənliyin davranışına təsiri araşdırılır. Helmqols tənliyi dalğa yayılan sahələrdə, xüsusilə elektromaqnit və akustik dalğaların yayılmasını təsvir edir. Məqalədə Hankel funksiyalarının tətbiqi ilə xarici sərhəd məsələləri və Neyman sərhəd şərtinin tətbiq edildiyi vəziyyətlər müzakirə edilir. Xüsusilə, sərhəd şərtlərinin və həndəsi formalığın, məsələn, dairəvi və ya sferik formaların tənliyin xüsusi həllərinə təsiri təhlil edilir. Bu yanaşmaların tədqiqi, mühəndislik və fizika sahələrində dalğa problemlərinin daha effektiv həllini təmin etmək məqsədini güdür.
Açar sözlər: Helmqols tənliyi, Neyman sərhəd şərti, Hankel funksiyaları, daxili sərhəd, dalğa yayılması, sferik koordinatlar, spektral analiz