DOI: https://doi.org/10.36719/2663-4619/117/127-132
Rauf Nuhov
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
https://orcid.org/0009-0003-2285-5843
enrio2904@gmail.com
Geoinformasiya texnologiyalarının müasir logistikaya inteqrasiyası
Xülasə
Məqalədə, logistika sahəsi, məqsəd və vəzifələri, onun qısa tarixi və istiqamətləri araşdırılmışdır. CİS texnologiyalarının logistikaya inteqrasiyası nəticəsində idarəetmə, təhlükəsizlik, iqtisadi səmərəlilik, qərar qəbul etmə məsələlərində əldə edilmiş üstünlüklər göstərilmişdir. CİS texnologiyalarının ən effektiv istiqamətlərindən biri olan şəbəkə analizinin logistikada tətbiqi Arcgis proqram təminatı nümunəsində təqdim edilmişdir. Bundan başqa, müxtəlif növ izləmə cihazları və bir neçə mənbədən daxil olan məlumatlarla məhsulların yerinin və vəziyyətinin real vaxt rejimində izlənməsi, interaktiv xəritələrin hazırlanması və geoməkan analizləri, məsafədən zondlama və CİS texnologiyaları vasitəsi ilə hava və iqlim monitorinqi sahəsində məlumatların əldə edilməsi, müştəri axınını, müştəri demoqrafiyasını, üstünlük verdiyi məhsulları təhlil edərək düzgün proqnozlaşdırma, kənd təsərrüfatı logistikasında CİS texnologiyasının tətbiqi məsələləri, logistika xəritələşdirməsində istifadə olunan CİS platformaları, dayanıqlılıq və ətraf mühitə təsir baxımından tədarük zəncirinin ekoloji göstəricilərinin qiymətləndirilməsi və yaxşılaşdırması, CİS vasitəsi ilə aparılan təhlillər, statistik araşdırmalar nəticəsində ehtiyat anbarların yerlərinin düzgün seçilməsi, loqistika məsələlərini həll edərkən əvvəlcədən istifadə olunan CİS texnologiyalarının qarşıda duran tapşırıqlara görə imkanlarının təhlil edilməsi və qiymətləndirilməsi kimi proseslər tədqiq edilmiş və GİT-in logistikaya inteqrasiyasının bir çox tapşırıqların icrasını əhəmiyyətli dərəcədə asanlaşdırdığı müəyyən olunmuşdur.
Açar sözlər: Geoinformasiya texnologiyaları, logistika, təchizat zənciri, nəqliyyat logistikası, şəbəkə analizi.