Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/116-119

Səadət Məhərrəmli

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0002-1238-6054

meherremli515@gmail.com

 

Feili bağlamanın semantik xüsusiyyətləri

 

Xülasə

 

Feili bağlamalar Azərbaycan dilində əsas hərəkəti izah edən və ya tamamlayan qeyri-müstəqil söz birləşmələridir. Bu bağlamalar əsasən müxtəlif semantik funksiyalarla çıxış edir, məsələn, zaman, səbəb, tərzi-hərəkət və hal-vəziyyət mənalarını ifadə edir. Feili bağlamalar həm də çoxmənalıdır və onların semantik əlaqələri müasir Azərbaycan dilində geniş şəkildə işlənir. Məsələn, -ıb⁴ feili bağlama şəkilçisi, - araq² ilə sinonimlik münasibətində olub, həm şifahi, həm də yazılı dilin müxtəlif üslublarında fərqli funksiyalar yerinə yetirir. Feili bağlamalar, dilin qrammatik quruluşunda müxtəlif mənaların təzahürünə şərait yaradır və sinonimlik münasibətləri yaradır. Bu xüsusiyyətlər onların dilin zənginliyini artırır və müxtəlif dil üslublarında fərqli məna çalarları ifadə etməyə imkan verir.

Açar sözlər: feili bağlamalar, sinonimlik, semantik xüsusiyyətlər, qrammatik quruluş, dil üslubları


Baxış: 288