https://doi.org/10.36719/2663-4619/112/111-118
Sakit Atakişiyev
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0009-8261-8245
sakit.atakishiyev@adau.edu.az
Aybəniz Tağızadə
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0005-7277-662X
aybaniz.tagizada@adau.edu.az
Oktay Əliyev
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0003-9281-8976
oktay.aliyev@adau.edu.az
Aytəkin Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0001-5834-2546
aytakin.mammadova@adau.edu.az
Farmakonəzarət haqqında ümumi məlumat
Xülasə
Farmakonəzarət, dərman vasitələrinin təhlükəsizliyi və effektivliyinin monitorinqini təmin edən sistematik bir prosesdir. Əhalinin təhlükəsiz və effektiv dərmanlara çıxışının təmin edilməsi, eləcə də istehsalçıların farmasevtik məhsulların hazırlanması və bazara çıxarılması zamanı elmi və etik prinsiplərə əsaslanan qərarlar qəbul etmələri böyük əhəmiyyət kəsb edir. Farmakonəzarət, dərman vasitələrinin təhlükəsiz istifadəsinə nəzarət edən və onların potensial risklərini aşkarlamaq, qiymətləndirmək, təhlil etmək və qarşısını almaq məqsədilə həyata keçirilən elmi və tənzimləyici fəaliyyətlər toplusudur. Farmakonəzarət sistemlərinin tətbiqi, dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və ictimai səhiyyənin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahə, dərmanların istifadəsi ilə bağlı ortaya çıxan əlavə təsirlərin və digər mümkün farmakoloji problemlərin araşdırılmasını əhatə edir.
Açar sözlər: farmakonəzarət, dərman, risk, yan təsir, təhlükəsizlik