Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/94-99

Rəsmiyyə Kərimova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0009-4232-404X

kerimova.remiyye.@list.ru

Nərminə İsayeva

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0002-4659-1953

isayeva-91.@bk.ru

 

Ətirşah bitkisinin bioloji xüsusiyyətləri, becərilməsi və əhəmiyyəti

 

Xülasə

 

Azərbaycanın münbit torpaqlarında bitən bitkilər içərisində təbiətin nadir incə çiçəkli, gözəlliyi və özünəməxsus ətirli qoxusu ilə seçilən, evlərimizdə ana və nənələrimizin xüsusi həvəslə yetişdirdiyi dibçək bitkilərindən biri də ətirşahdır. Bu bitki yalnız estetik baxımdan deyil, həm də qədim zamanlardan etibarən bir çox mədəniyyətlərdə simvolik mənalar daşıyıb, təbabətdə və kosmetologiyada geniş istifadə olunub. Azərbaycanda yerli əhali bitkini “ətirşah gülü” adı ilə tanıyaraq onu sevgi və xüsusi rəğbətlə uzun illərdir yetişdirir. Çiçəklərinin xoş ətirli olması, müxtəlif növlərinin yayılması və uzun ömürlü bitki olaraq yetişdirilməsi ətirşaha olan marağı daha da artırır.       

Ətirşah (lat. Geranium) – bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsidir. Respublikamızda əsasən bəzək bitkisi kimi sevilir və becərilir. Bitki üzərində  apardığımız araşdırmalar onu göstərir ki, ətirşah bitkisi Avropaya XVII əsrin əvvəllərində  gətirilərək becərilib, lakin vətəni Cənubi Afrikadır. Gözəl ətirə malik ətirşah bitkisinin dünyada 400-dən çox növü məlumdur. Növlərinin çox olmasına baxmayaraq, xoşətirli “pelarqonium rozeum” növü daha çox yayılmış növlərdəndir. Xalq arasında bitki ətirşah adı ilə tanınır. Bitki haqqında olan məlumatlar tarixi minilliklərə söykənir və bir çox qədim sivilizasiyaların folklorunda, poeziyasında və incəsənət əsərlərində öz əksini tapmışdır. Hələ qədim Yunanıstanda Paeon adlı tanrının adı ilə bağlı olaraq bu bitki “peoniya” kimi tanınırdı və xüsusi qoxusuna və xüsusiyyətlərinə görə dərman bitkisi kimi istifadə edilirdi. Dünyanın bir çox ölkələrində, o cümlədən Çin və Yaponiyada ətirşah gülü toxunulmazlıq, uğur və var-dövlət simvolu sayılırdı. Sonralar Avropada ətirşah gülündən həm dərman, həm də dekorativ məqsədlər üçün istifadə edilməyə başlanıldı. Çiçəyinin zərif və incə quruluşda olması şərq ölkələrində bitkiyə olan marağı hələ də saxlamaqdadır, dekorativ və bəzək bitkisi kimi becərilir. Azərbaycanda isə xalq arasında qədimdən bəri həyət evlərinin, park və bağların ayrılmaz hissəsinə çevrilib. Ən geniş yayılmış növləri Paeonia officinalis, Paeonia lactiflora, Paeonia suffruticosa və Paeonia tenuifolia növləridir. Ayrı-ayrı növlər bir-birindən çiçəyinin quruluşu, rəngi və ətri ilə fərqlənir. Paeonia lactiflora Asiyada, xüsusən də Çində və Yaponiyada geniş yayılıb və ətirli, böyük, parlaq çiçəkləri ilə seçilir. Avropanın meşəlik ərazilərində rast gəlinir. Paeonia suffruticosa növü yarımkol şəklində böyüyərək uzun ömürlü bitki kimi tanınır. Apardığımız araşdırmalar bitkinin ayrı-ayrı növlərinin şəraitə uyğunlaşma qabiliyyətinə, torpaq və iqlim seçiciliyinə görə bir-birindən fərqləndiyini göstərir. Ətirşah gülü bir çox mədəniyyətlərdə sevgi, sülh, təmizlik və var-dövlət simvolu olaraq göstərilir. Çində imperator saraylarında, Yaponiyada incəsənət əsərlərində və poeziyada tarix boyu xüsusi yer tutub.  Bir çox qərb ölkələrində yaz fəslini, təmizliyi və ailə dəyərlərinin rəmzi kimi qəbul olunur.

Azərbaycanda da bitkiyə olan maraq hələ də öz aktuallığını saxlayır. Respublikamızın bir çox rayon və kəndlərində yerli əhali bitkini sevə-sevə çöl və otaq şəraitində becərir. Zəriflik, incəlik və təmizlik simvolu kimi sevilməkdədir. Park və xiyabanlarda, bağçalarda ətirşah bitkisinin müxtəlif növlərinin rəngbərəng çiçəklərinə görə bəzək bitkisi kimi geniş istifadə olunur.

Açar sözlər: qətran, efir yağı, selik, aşı maddəsi, ekstrakt, heranin, fenolkarbon


 


Baxış: 13